Ələt-Astara avtomobil yolunda qəza olub, ölən var

6-03-2023, 10:59
4 391
Ələt-Astara avtomobil yolunda qəza olub, ölən var

Ələt-Astara magistral avtomobil yolunda avtomobil aşıb.

Muğan bürosunun məlumatına görə, hadisə yolun 101-ci km-də qeydə alınıb.

Qəza nəticəsində, Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Kənan Elşad oğlu ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti