İtaliya millisinin baş məşqçisi: Bakı Olimpiya Stadionu tam dolacaq

7-10-2015, 16:59
0
İtaliya millisinin baş məşqçisi: Bakı Olimpiya Stadionu tam dolacaq
“Azərbaycan bizim hədəflərimiz önündə əngəl ola bilər. Ona görə də çox çalışmalıyıq”. 
 
Qol.Az-ın məlumatına görə bu sözləri İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Azərbaycan və Norveç yığmaları ilə "Avro-2016"nın seçmə qrup matçı öncəsi keçirdiyi mətbuat konfransında deyib.
 
İtaliya millisinin təlim-məşq bazası olan Covercianoda keçirilən mətbuat konfransında 46 yaşlı mütəxəssis Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” ın oyunlarını izlədiyini də bildirib : “Qarabağ”ın son vaxtlardakı oyunlarını yaxından izləmişəm. Çox güclü komandadır və heyətində yaxşı yerli futbolçular var. Ona görə də futbolda böyük dəyişiklik və inkişaf olan Azərbaycanı zəif rəqib hesab etmək olmaz. Biz Azərbaycana  gəzməyə getmirik. Rəqib bizə çətin anlar yaşada bilər”.
 
Antonio Konte eyni zamanda Azərbaycanla oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionundakı ilk futbol matçında azarkeşlərin çox olacağından da danışıb: “Azərbaycanlılar yeni stadionlarının açılışını edəcək. Çox güman ki, tribunalarda 60 minə yaxın azarkeş olacaq. Bu da rəqibə əlavə güc verə bilər. Ona görə də bu oyuna ciddi hazırlaşmalı, səfər matçında diqqətli olmalıyıq.”
 
İtaliyalı çalışdırıcı futbolçularını Azərbaycanla oyuna ciddi hazırlayacağını bildirib: “Azərbaycanla matçın bizim üçün nə dərəcədə vacib olduğunu bilirik. Mütləq qələbə qazanmalıyıq. Amma bu, asan olmayacaq”.
 

 

İtaliyalı məşqçi mətbuat konfransında “Milan”da icarə əsasında oynayan Mario Balotellinin milliyə dəvət etməməsi ilə bağlı da danışıb: “Mario zədəlidir. Amma oynaya biləcəyi tədqirdə də onu heyətə cəlb etməyəcəkdim. Milli komandada oynamaq üçün sadəcə iki matçda yaxşı oynayıb qol vurmaq yetərli deyil. Hər zaman yüksək səviyyədə olmalısan. Mənim çağırdığım futbolçunun performansı hər zaman yüksək olmalıdır, əzmkar oynamalıdır. Bu, təkcə Balotelliyə deyil, hər bir futbolçuya aiddir”.
скачать dle 12.1
Xəbər lenti