İdmançımız 10 saniyəyə ermənini məğlub etdi - VİDEO

22-11-2015, 18:40
0
İdmançımız 10 saniyəyə ermənini məğlub etdi - VİDEO
Azərbaycan idmançıları erməni rəqiblə görüşdə növbəti dəfə qələbə qazanıb. Özü də cəmi 10 saniyə ərzində. Bu uğura Tovuz taekvondo komandasının gənc idmançısı imza atıb.
 
Azərbaycan idmançıları erməni rəqiblə görüşdə  növbəti dəfə qələbə qazanıb. Özü də cəmi 10 saniyə ərzində. Bu uğura Tovuz taekvondo komandasının gənc idmançısı imza atıb. Komanda Gürcüstanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb. Tovuz taekvondo komandası Gürcüstanda keçirilən "Rustavi Open" beynəlxalq  turnirində qüvvəsini sınayıb. Komanda birincilikdə 15 idmançı ilə mübarizə aparıb və  yarışı 10 medalla başa vurub. Bunlardan 4-ü qızıl, 2-si gümüş, 4-ü isə bürünc olub. Bu uğurlu nəticənin ən möhtəşəm qələbəsinə isə gənc idmançı Kənan Əmiraslanov imza atıb. O, erməni rəqibini cəmi 10 saniyədə təslim edərək qızıl medala sahib olub. Tovuz taekvondo komandasının  iştirak edəcəyi növbəti yarış Quba şəhər birinciliyi olacaq. Kollektiv bu turnirin hazırlıqlarını başa vurub. Birincilik Azərbaycan çempionatına hazırlıq baxımından əhəmiyyətlidir. Çünki yeniyetmə və gənclər  arasında baş tutacaq yarışda Tovuz taekvondo komandası 15 idmançı ilə qüvvəsini sınayacaq. Tovuz taekvondo klubunun üç bölməsi var ki, bunlardan da ikisi rayonun kəndlərində fəaliyyət göstərir. Ümumilikdə klubun üzvü olan idmançıların sayı 150-dən çoxdur. Onlar indiyədək Avropa miqyaslı yarışlarda bir sıra uğurlar qazanıb.
скачать dle 12.1
Xəbər lenti