Elvin Məmmədov “Zirə”də

28-01-2016, 16:58
0
Elvin Məmmədov “Zirə”də
Xəbər verdiyimiz kimi “Qarabağ” Elvin Məmmədovla yollarını ayırıb. Bununla bağlı məlumat yayan Ağdam təmsilçisi qarşılıqlı anlaşma şəklində müqaviləyə xitam verildiyini açıqlayıb. 
 
Cbcsport.tv-yə ekskuliziv açıqlama verən milli komandanın üzvü Elvin Məmmədov xəbəri təsdiqləyib: “Antalya hazırlığı zamanı bu qərara gəldim. Çünki ötən mövsüm daha çox forma şansı əldə etmişdim. Ancaq bu il nadir hallarda meydana çıxırdım. Üstəlik təlim-məşq toplanışı zamanı öz mövqeyimdə oynadılmırdım və hiss edirdim ki, fasilədən sonra da əsas heyətə düşə bilməyəcəm. Təbii ki, bu amil mənim karyerama mənfi təsir göstərəcəkdi. Üstəlik milli komandaya da çağrılmaya bilərdim. Bu səbəbdən toplanışdan qayıtdıqdan sonra baş məşqçi Qurban Qurbanovla söhbət elədim. O da bildirdi ki, heyətdə futbolçu çoxdur. Ola bilər ki, mövsümün sonuna qədər sənə bir neçə oyunda şans verim və ya heç meydana buraxmayım. Bu səbəbdən razılığa gəldik ki, müqaviləyə son verək və hər kəslə halallaşaraq “Qarabağ”la yollarımı ayırdım".
 
Gələcək karyerası ilə də bağlı danışan Elvin Məmmədov, növbəti klubunun “Zirə” olacağını açıqladı: “Bir az olar “Zirə”nin məşqçisi Ayxan Abbasov mənimlə əlaqə saxladı və komandaya dəvət etdi. Çox güman ki, karyeramı bu klubda davam etdirəcəm. Çünki orada mənim oynamağım üçün münasib şərait var. Daha çox forma şansı əldə etmək istəyirəm. İnanıram ki, bu qərarım düzgün addım olacaq və yeni komandama oyunumla uğur qazandıracam”.
 
Qeyd edək ki, Elvin Məmmədovdan öncə “Zirə”nin baş məşqçisi Adil Şükürovla əlaqə saxlamışdıq. Ancaq mütəxəssis bu xəbəri təsdiqləməmişdi:  Hazırda maraq dairəmizdə olan və danışıqlar apardığımız bir neçə yerli futbolçu var. Onlarla razılıq əldə etsək transfer edəcəyik və bu haqda rəsmi saytımızda məlumat verəcəyik. Elvin Məmmədov çox yaxşı futbolçudur və onu da komandamda görmək istəyərdim. Ancaq onunla hələ ki danışığımız olmayıb”.
скачать dle 12.1
Xəbər lenti