Ronaldo 6 il həbs cəzasına məhkum oluna bilər

7-12-2016, 15:35
0
Ronaldo 6 il həbs cəzasına məhkum oluna bilər

"Football Leaks" tərəfindən dərc olunan sənədlərdə ofşor hesablarına 150 milyon avro məbləğində pul qoyduğu məlum olan Cristiano Ronaldo, İspaniyada  həbs oluna bilər.

2015-ci ilin dekabr ayında İspaniyada son üç il ərzində verdiyi vergi bəyannamələri haqqında cinayət işi açılan Ronaldonun ofşor hesablarına 150 milyon avro pul qoyması barədə məlumat ötən gün yayımlanıb.

İspaniyadakı vergi qurumu olan GESTHAN-ın baş katibi Xose Mariya Mollinedo bildirib ki, Ronaldoya cinayət işi açılarsa portuqaliyalı futbolçu həbs olunacaq. Ortada yüksək miqdarda vergidən yayınma var. Son üç ilə dair aparılan yoxlama nəticəsində deyilənlər sübut olunarsa o, ən azı 6 il həbs cəzası ala bilər.

скачать dle 12.1
Xəbər lenti