Ramil Quliyev Türkiyədə “İlin idmançısı” seçildi

16-01-2018, 20:15
23 079
Ramil Quliyev Türkiyədə “İlin idmançısı” seçildi

Azərbaycan əsilli idmançı Ramil Quliyev Türkiyədə “İlin idmançısı” seçilib.

“GQ” dərgisi Türkiyəni təmsil edən həmyerlimizi mükafatlandırıb. Bu barədə jurnalın sosial şəbəkədəki rəsmi hesabından məlumat verilib.

Xəbərdə idmançının qardaş ölkə adına qazandığı uğurlara da toxunulub. Qeyd edilib ki, R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda 20,09 saniyə nəticə ilə qızıl medal qazanıb. Bununla da oTürkiyəyə Dünya Atletika Çempionatlarında ilk qızıl medalı gətirən idmançı kimi tarixə düşüb.

скачать dle 12.1
Xəbər lenti