İlham Namiq Kamal 40 il sonra "Qayınana"da - FOTO

21-08-2018, 13:47
30 973
İlham Namiq Kamal 40 il sonra "Qayınana"da - FOTO

"Qayınana" filmindəki İlqar obrazını yəqin xatırlayırsınız? Xalq artisti İlham Namiq Kamal 40 il sonra "Qaynana 2018 " filminin çəkilişlərində iştirak edib.

Xalq artisti Flora Kərimovanın baş rolda oynadığı filmdə elə İlqar obrazında çəkilib.

Qeyd edək ki, "Qayınana 2018" filmi "Caspian Media Group" tərəfindən ekranlaşdırılır. Film müasir qayınananın macəralarından bəhs edir. Ekran işində qayınana Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, övladı evlərində çalışan qulluqçunun qızına aşiq olur. 

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşovdur. Filmdə F.Kərimova ilə yanaşı Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Azum Oqocukvo Joy və başqaları çəkiliblər. "Qayınana"da epizodik səhnələrin birinə dünyaca məşhur "Papito" mahnısının ifaçısı rumıniyalı müğənni Seeya da çəkilib. 



 

скачать dle 12.1
Xəbər lenti