Makron və Şoltzla danışan Putin Ukrayna taxılının ixracı ilə bağlı şərt irəli sürüb…

29-05-2022, 12:43
17 682
Makron və Şoltzla danışan Putin Ukrayna taxılının ixracı ilə bağlı şərt irəli sürüb…

Fransa prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Olaf Şoltsla danışan Putin sanksiyaların ləğvi müqabilində Ukrayna taxılının ixracı ilə bağlı danışmağa hazır olduğunu bildirib.

Kremlin yaydığı məlumatda bildirir ki, Rusiya prezidenti Vladimir Putin mayın 28-də Fransa və Almaniya liderlərilə telefon danışığı zamanı bildirib ki, Rusiya “qara dəniz limanlarından Ukrayna taxılının ixracı da daxil olmaqla, taxılın maneəsiz ixracı üçün variantların tapılmasına kömək etməyə hazırdır”.

Fevral ayında Moskvanın genişmiqyaslı işğalı başlayandan bu limanlar bağlanıb.

Kreml bildirir ki, “Rusiya gübrələri və kənd təsərrüfatı məhsullarının tədarükünün artırılması həm də qlobal ərzaq bazarında gərginliyin azaldılmasına kömək edəcək və bu, təbii ki, müvafiq sanksiyaların aradan qaldırılmasını tələb edəcək”.

Ukrayna dünyanın ən böyük buğda, qarğıdalı və günəbaxan yağı ixracatçılarından biridir. Hazırda Rusiya silahlı qüvvələrinin Ukraynanın Qara dəniz limanlarını bağlaması səbəbindən dünya ərzaq tədarükü təhlükəsi ilə üzləşib.

Beynəlxalq aləm Rusiyanı Ukrayna limanlarının blokadasını aradan qaldırmağa və Ukrayna taxılının ixracına icazə verməyə çağırır.

Məlumatda həmçinin vurğulanır ki, Putin Makron və Scholz-a Ukraynaya silah tədarükünü artırmamaq barədə xəbərdarlıq edərək, vəziyyətin daha gərginləşə biləcəyini deyib.

Ukraynaya davamlı silah tədarükü “təhlükəli” dir-Kreml Putindən sitat gətirərək, “vəziyyətin daha da gərginləşməsi və humanitar böhranın kəskinləşməsi riskləri” barədə xəbərdarlıq edib-açıqlamada bildirilir.

Almaniya tərəfinin yaydığı məlumatda qeyd olunur ki, Putinlə aparılan 80 dəqiqəlik söhbətdə Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi və bu müharibəyə son qoymaq səyləri müzakirə olunub. Almaniya kansleri və Fransa prezidenti dərhal atəşkəsə və Rusiya qoşunlarının çıxarılmasına çağırıblar. Onlar Rusiya prezidentini Ukrayna prezidenti ilə birbaşa danışıqlara getməyə və münaqişənin diplomatik yolla həllini tapmağa çağırıblar.

Ukrayna mediasının isə bu telefon danışığına reaksiya belə olub: “Putin sanksiyaların qaldırılması üçün Şoltz və Makronla bazarlıq edib”.

Aclıqdan əziyyət çəkənlərin sayı daha 18 milyon nəfər arta bilər

Ərzaq qıtlığı, onun yüksək qiyməti, o cümlədən Rusiyanın Ukrayna ilə müharibəsi nəticəsində yaranan gübrə qıtlığı nəticəsində daha 18 milyon insan aclıqla üzləşə bilər. Bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində BMT nümayəndəsi Mauritsio Martina deyib.

O, 2021-ci ildə dünyada 53 ölkə üzrə 200 milyona yaxın insanın aclıqdan əziyyət çəkdiyini və müharibə nəticəsində bu sayın daha 18 milyon aratacağını bildirib. “… bizim ilk hesablamalarımız daha 18 milyon insanın artacağını göstərir, lakin aydındır ki, münaqişənin təkamülündən də çox şey asılı olacaq”-BMT nümayəndəsi bildirib.

скачать dle 12.1
Xəbər lenti