Türkiyə Rusiya üzərindəki sanksiyaların yumşaldılmasını dəstəkləyə bilər

8-06-2022, 22:48
28 812
Türkiyə Rusiya üzərindəki sanksiyaların yumşaldılmasını dəstəkləyə bilər

Mevlut Çavuşoğlu ilə Sergey Lavrov Ankara görüşündə Ukrayna münaqişəsini və digər regionla problemləri müzakirə ediblər.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, əgər Rusiya BMT-nin Ukrayna taxılının ixracına dair planda iştirak edərsə, Ankara Moskvanın üzərindəki Qərb sanksiyalarının yumşaldılmasını dəstəkləyəcək.

Associated Press agentliyini yazdığına görə Çavuşoğlu deyib ki, “əgər bütün dünya Ukrayna və Rusiyadan məhsulların ixracına möhtacdırsa, deməli bunun həyata keçrilməsi üçün bir metod qurulmalıdır və bu tamamailə legitimdir”.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın Ukrayna taxılının limanlardan daşınmasına zəmanət verməyə hazır olduğunu bildirmiş, amma bunun müqabilində Rusiyanın üzərindəki sanksiyaların qaldılmasını istəmişdi.

ABŞ və Avropa İttifaqı bu tələbi Putinin “ərzaq şantajı” adlandırmışdılar.

Bu arada Ukraynanın Türkiyədəki səfiri iyunun 8-də deyib ki, Rusiya Ukrayna taxılının ixracına şərait yaradılması üçün, məsələn gəmilərin Rusiya hərbçiləri tərəfindən yoxlanması kimi ağla batmayan şərtlər qoyur.

​Reuters agentliyi yazır ki, Ukrayna səfiri Serhiy İvaşşenko Türkiyənin bu məsələdə təkbaşına vasitəçi olmaq üçün kafi qüdrətə malik olmadığını bildirib:

“Türkiyə Qara dənizdə yüklərin təhlükəsiz daşınması üçün kafi zamin ola bilməz”.

Səfirin sözlərinə görə Ukrayna limanlarının minalardan təmizlənməsinə azı iki-üç ay vaxt lazımdır və bu işə Türkiyə donanması ilə yanaşı Rumıniya donanması da cəlb olunmalıdır.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, taxılın ixracı üçün Ukraynanın iştirakı olmayan heç bir razılaşma ola bilməz.

Çavuşoğlu: Ukraynadan taxıl ixracı üçün dəhliz planı ağlabatandır

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, BMT-nin Ukraynadan taxıl ixracını bərpa etmək üçün dəhliz açmaq planı ağlabatandır və gəmilərin təhlükəsizliyini təmin etmək üçün bütün tərəflərlə əlavə danışıqlar lazımdır.

Reütersin məlumatına görə, o bunyu mayın 8-də Ankarada Rusiyalı həmkarı Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

Lavrovsa deyib ki, idxalın bərpası üçün Ukrayna öz limanları ətrafından minaları təmizləməlidir.

Görüşdə Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə və digər regional məsələlər də müzakirə olunub.

Cavuşoğlu, Moskva ilə Kiyev arasında danışıqların bərpasına istək olduğunu və ümumilikdə görüşün səmərəli olduğunu bildirib.

Sergi Lavrovsa bildirib ki, Rusiya tərəfi bu görüşdə bir daha öz sərhədləri yaxınlığında xarici oyunçular tətəfindən yaradılmış təhlükə barədə məsələ qaldırıb.

RİA Novostinin yazdığına görə, Lavrov Rusiya prezidenti Vladimir Putin və Ukryna prezidenti Volodimir Zelenski arasında birbaşa görüşün mümkünlüyünə də toxunub və qeyd edib ki, bunun üçün ilk növbədə tərəflər arasında danışıqlar prosesini bərpa etmək lazımdır.

Çavuşoğlu belə bir görüşün təşkilinə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son bir başa görüş, bu il martın 29-da Ankaranın vasitəçiliyi ilə İstanbulda baş tutub.

BMT xəbərdaqlır edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bu ölkələrdən taxıl idxalı dayanıb.

BMT-nin baş katibi Antonio Quterreş də xəbərdarlıq edib ki, Rusiya-Ukrayna münaqişəsi qlobal ərzaq böhranına səbəb ola bilər.

Qeyd edək ki, Ukrayna dünyanın əsas buğda təminatçılarından biridir, xüsusilə də ərzaq buğdası.

Müharibəyə-Rusiyanın Ukraynanın Qara dənizdəki əksər limanlarını nəzarətə götürməsinə görə, bu ölkədən ixrac əngəllənib. Bundan başqa bu mövsüm Rusiya işğalında olan ərazilərdə əkin aparmaq demək olar ki, mümkün olmayıb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

скачать dle 12.1
Xəbər lenti