Gənclər və İdman Nazirliyinin kabinetlərində serial çəkilir?

4-02-2023, 10:59
6 667
Gənclər və İdman Nazirliyinin kabinetlərində serial çəkilir?

Qayıbovun “qayıb”larını kim yazır?

Gənclər və İdman Nazirliyinin kabinetlərində serial çəkilir?

Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasından təxminən bir il yarım zaman keçib.

Təyinat aldıqdan sonra Fərid Qayıbov idman sahəsinə cavabdeh nazir müavini kimi Mariana Vasilevanı təyin etdi.

Kimdir bu Mariana Vasileva? Nazir Fərid Qayıbovla gimanstika sahəsində birgə çalışmış bir şəxs. Vasileva gimnastika sahəsinə cavabdeh olduğu müddət ərzində olkəmiz bu idman növündə heç bir uğur qazanmamış, əksinə bu xanımın yerli kadrlara qarşı agressiv, hətta manyakal münasibətinə və nifrətinə görə perspektivli və bacarıqlı gimnastlar idmanı və ya ölkənin tərk ediblər. Mariana Vasileva insanları gimnasitkada çıxdaş etdikdən sonra da “düşmən” saydığı bu cür insanların həyatına müdaxilə edərək onlardan əl çəkmir (bu barədə sosial şəbəkələrdə gimanstların valideynlərinin və idman mütəxəssislərinin təqdim etdiyi məlumatlar çoxdur).

Mariana Vasileva

Bu xanımın gimnastika baş məşqçisi olduğu müddət ərzində azyaşlı və gənc gimnast gızları döyməsi, xəsarət yetirməsi və başlarına bir çox oyun açması barədə facebook platformasında idman mütəxəssisi olan İlyas Xəlilovun səhifəsində çoxlu məlumat təqdim edilib və davam edir (İlyas Xəlilovun səhifəsində Mariananın, Fəridin və onların əlaltılarının törətdiyi dəhşətləri sübut edən səs yazıları, şəkillər, videolar yerləşdirilib. Buyurub nəzər yetirə bilərsiniz). Hətta, həmin məlumatlar sırasında bir videoda Mariana azərbaycanlıların genetikasına dil uzadır, digər videosunda azərbaycanlı gimnastları məşq elətdirdikdə insanları itlərlə müqaisə edərək qeyd edir ki, “itlərin hündürə tullanmasına nail olmaq üçün plankanı yüksək qoymaq lazimdir. Elə məndə məşq prosesində gimnastlarımıza yüksək məqsədlər qoyuram”. Yəni, bu insan ya fikrini normal qaydada izah edə bilmir, ya da düşünçə tərzi budur, hər iki halda, o, səhvdir və üstəlik belə görünür ki, özünün də müvafiq təhsili, təcrübəsi, bacarığı, tərbiyəsi yoxdur. Başqa məzəli məlumatlar da var ki, bu xanım öz kabinetində işçiləri ilə içlas keçirdiyi halda onun boynunu, belini masaj edirlər. Təsəvvür edirsiniz, dövlətin nazirliyində nazir müavini iclas keçirir, önündə nazirliyin əməkdaşları oturur, Mariananın isə boynunu, belini masaj edirlər.

Eyni qaydada, bu nazir müavini nazirlikdə öz fikri və mövqeyi olan insanları da “düşmən” elan edərək işdən çıxarmaqla kifayətlənmir, onların kənarda belə işə düzəlmək çabalarının qarşısını alır. Bu adam işdən azad etdiyi insanlarla maraqlanır və onların harasa işə düzəldiklərini, düzələ biləçəklərini öyrəndikdə həmin işə götürənlərdən qovduğu şəxsləri işə götürməməyi tələb edir. Məsələn, nazirliyin keçmiş əməkdaşları Pərvin Mehdiyev, Mayıl Həsənov bu siyahıda yer almışlar və iş üçün müraciət etdikləri hər yerdən Marianaya istinadən imtina cavabı alırlar.

Daxil olan məlumatlara əsasən, bolqar xanımın millətimizə və ümümiyyətlə türklərə qarşı gızlədilməz nifrəti vardır. Müxtəlif situasiyalarda bu insanın “Вы не знаете турки не любят азербайджанцев. Они хотят Вами пользоваться” dediyini nazirlikdə çox adam eşidib. Bu şəxs nazirliyin butun olkələrlə munasibətdə olmasına razılıq verir, amma Türkiyə ilə heç bir münasibət qurmaq istəmir, adını da qoyur ki, orda idman yoxdur, öyrəniləsi bir şeydə yoxdur. Mariana Türkiyədə keçirilən bir neçə tədbirdə iştirak edib, hər dəfəsində də qeyd edib ki, türklərlərin təbdir keçirmək qabiliyyəti yoxdur, türklərin təşkilatçılıq qabiliyyəti çox aşağı səviyədədir.

Nazirliyin əməkdaşları ilə kabinetində, dəhlizdə, Kollegiyanın iclaslarında, daxili toplantılarda yüksək tonla, qışqıraraq, pörtləmiş və isterik halda, barmaq silkələyərək danışan bu xanım, hətta nazir Qayıbovun həmin iclaslarda iştirak etdyini görməzdən gəlir. Bu səbəbdən nazirlikdə kimsə işini aşırmaq istədiyi halda nazirə deyil, məhz Mariannaya “podxod” axtarır. İnanın, istənilən məsələ ilə bağlı nazirliyin əməkdaşları: “Çalış məsələni Marianayna həll et nazir odur, Fərid vid üçündür” cümləsini işlədirlər.

Nazirlikdə hər hansı kadrın “köhnələrdən” və ya “təzələrdən” olması fərg etmir, bir az baçarığı, qabiliyyəti və ləyaqətilə seçilərsə həmin adam mütləq və mütləq Mariananın qılınçının altında keçərək ona beyət etməlidir, əks halda işdən çıxarılaçaq, işə düzəlməyə fürsət verməyəçəklər və bu minvalla məhv edəçəklər. Sanki, işdən çıxarılanlar və onların ailələri açlığa məhkum edilərək məhv edilməlidirlər.

İnsanlar onun təbəssümünə, gülüşünə, cəmiyyətdə deyib-gülməyinə aldanır, amma inanın, bu, heç də elə deyildir. Əgər bu xanımın facebook statuslarına diqqət yetirsəniz onun psixoloji obrazını yaratmaq elədə çətin iş deyildir (Мелких предательств не бывает!!! Я устала от предательств и лжи!!!). Ay bəndə, sən dövlətin təyin etdiyi Nazir müavinisən yoxsa nə? Ümumiyyətlə sən statusunun mənasını dərk edirsən? Sən eşqə düşmüş 18 yaşında qız deyilsən, eyni zamanda bildiyimiz qədərilə agent 007 deyilsən, hansı “предательство”dan danışırsan, nə oyun çıxarırsan? İnsanın bacardığı dedi-qodu, şpion, satqın axtarmaqdır. Elə Mariananın məhz bu qafada olmasındandı ki, ona həsr edilmiş Yeni il video təbrikində katibəsi-köməkçisi Könül Məmmədova da ona “всегда на посту, всегда у руля на зло всем врагам” (bu video Mariana Vasileva facebook səhifəsində vardır) arzu edir. Nazir müavini siz əməkdaşlarınıza nə öyrədirsiniz, hara sürükləyirsiniz, kimdi “враг”? Dövlətin sizə həvalə etdiyi sahəni bu cür intriga üslubunda idarə edirsiz? Nazirlikdə deyildiyi kimi bu qurum sanki uşaq baxçasıdır. Gör hansı dərəçəyə çatdırılıb ki, köməkçi də Mariananın əbədi olaraq “у руля” olmasını düşünür. Könül xanım, “у руля” hələ ki Fərid Qayıbovdur. bəlkə Qayıbovun da rulu Marianadadır? İnsanlar bir az ozünüzə tarazlıq verin, ya da gedin baçardığınız işlə məşqul olun. Bu da respublika manejinin müdir vəzifəsinə şirniyyat dükanının müdirini təyin etmək deyil. Sanki ölkədə idman sahəsində mütəxəssiz qıtlığı var, ona görə artıq kulinar-aşpazlar idman komplekslərinə müdir təyin edilir.

Nazirliyin əməkdaşlarının Mariananı təbrik etdiyi videoda görünür ki, bəzi təbriklər bolgar dilində edilir. Həmin videoda öz dilində normal danışmayan və ya dillərini bilməyən həmvətənlilərimiz bolqar dilində təbriki sevə-sevə edirlər. Yəni, yaltaqlıq bu qədər dərinləşib? Bir azdan Nazirlikdə bolqar dili kurslar açılsa təəcüblənməyin.

Umumiyyətlə, nazirliyin əməkdaşları ilə danışdıqda elə təsəvvür yaranır ki onlar hansısa psixoloji dispanser haqqında danışır. Dispanser demiş, nazirliyin tabeçiliyndə olan Milli İdman Tibbi Reabilitasiya İnstitutunun qapıları da idmançıların və nazirliyin əməkdaşlarının üzünə qapanmışdır. Keçmişdə bu dispanser cəmiyyətimizin bir çox təbəqələrinə o cümlədən iflic şəxslərə, idmançılara, idman sahəsinin təmsilçilərinə, nazirliyin əməkdaşlarına, qazilərə və digərlərinə güzəştli və bəzən pulsuz xidmət göstərirdi, indi isə bunu hamısı yığışdırılıb.

Qayıdaq “psixdispanser”ə. Təsəvvür edin ki, insan ona tabe olan idman şöbəsinin əməkdaşlarını toplayaraq nazirlikdə digər şöbələr, hətta digər nazir müavinləri barəsində nalayiq fikirlər söyləyir, onların baçarıqsız və keçmişin qalıqları olduğunu qeyd edir və bu səbəbdən onlara qarşı saymazlıq mühitinin yaradılmasına sövq edir. İnsanlar da “əkmək parası” deyib simalarını dəyişirlər və onun bu təlimatına uyğun hərəkət edirlər. Kimsə kimsəni saymır, idman şöbəsinin məsləhətçi səviyyəsində olan əməkdaşı Marianadan başqa rəhbərlikdə təmsil olunan şəxsləri saya saymırlar.

Bu azmış kimi, Marianna nazirin özünün təyin etdiyi və onun yaxın adamları sayılan şəxsləri də sıradan çıxara bilir. Nazirliyin aparat rəhbəri Fidan Rüstəmli, iqtisadiyyat şöbəsinin müdiri Mehman Ramazanov, ümumi şöbənin müdiri Mehriban Quliyeva qara siyahıya düşmüş şəxslərdəndir. Bu şəxslər yeni təyin olunduqda hamısı çıcı-baçı idi, çox mehriban idilər, keçmiş nazir Azad Rəhimov dönəmindən qalmış şəxslərin quldur, dələduz, rüşvətxor, bacarıqsız olmalarını sübut etməyə çalışırdılar. İndi isə bir-birilərini qırırlar. Qırğının səbəbi? Mariana deyir kraliçə mənəm, nazirin yaxınları nazirə arxalanaraq əks fikir söyləyirlər – sonucda nazirin dostları Dostlarının etibarsızlığı üzündən nazirlikdən gedəçəklər. Görəçəksiniz!!! Dostunuz heç birinizi Marianadan qoruya bilməyəcək, heç belə bir təşəbbüsdə bulunmayacaq. Soruşaçaqsız niyə? Niyə gorxur Marianadan? Cavab – özü bilir.

Nazirlik 2022-ci ili idman yekunları ilə bağlı BUTA-da tədbir keçirib. Həmin tədbirə əksər idman ulduzlarımız dəvət edilməyiblər, bu barədə sosial şəbəkədə kifayyət qədər məlumat var. Eyni zamanda, bu tədbirə nazirliyin aparat rəhbəri Fidan Rüstəmili və şöbə müdirləri də çağrılmayıbdır. Daha doğrusu, nazir adından çağrılış alıblar, ancaq tədbirə bir gün qalmış onlara xəbər veriblər ki, Mariana xanım aparat rəhbəri və şöbə müdirlərini orda görmək istəmir. Səbəb: bir müddət önçə Mariana xanımın yüksək tonla şahidlərin iştirakı ilə Fidan Rüstəmliyə sənədləri düzgün tərtib edə bilməməsi, onu aldatması və sair ittihamlar səsləndirib. Sual yarana bilər ki Mariana sənəd oxuyur ki, azərbaycan dilində, hələ bir qüsur tutsun? Doğrudur oxumur, onun əvəzinə bunu idman şöbəsinin karikatur müdiri Elnur Məmmədov edir (ara vurmaq üzrə idman ustası). Yeri gəlmişkən bu kadr barədə də danışaçağıq. Yəni, Mariananın hikkəsi naziri öz qərarını dəyişməyə sövq etdi.

Əslində, nazirin aparat rəhbəri təyin etdiyi Fidan Rüstəmlinin yanlış seçim olduğu əvvəldən bəlli idi. Fidan xanım bir gün belə olsun, dövlət qulluğunda çalışmayıb, təcrübəsi yoxdur, hansısa qeyri-adi qabiliyyətlərə malik olan birisi də deyil. Nazirə yaxınlığı ilə seçilən bu xanım Nazirliyə hüquqşunas qismində cəlb edilmişdi. Nazirliyin əksər əməkdaşlarının söylədiyinə görə xanımın elementar etik davranış qaydaları barədə təsəvvürü belə yoxdur, insanlara salam vermək, cəmiyyətdə özünü dövlət məmuruna yaraşan tərzdə aparmaq kimi bir dərdi də yoxdur (əslində Nazirin adamlarının əksəriyyətinin salamlaşmaqla arası yoxdur, görünür, ilk gəlişdə belə təlimat olub). İndi də Fidan xanım kraliça Mariana və sanço- panco Elnur Məmmədovun (Mariana xanımın çantasını daşıdığına, işə gələndə qapıda qarşılayıb, işdən gedəndə yola saldığına, qapısını açıb-bağladığına görə ona bu adı qoymuşlar) qəzinə tuş gəldiyi üçün vurulur, iş qabiliyyətinə görə deyil. Hətta, onun nazirliyə kadrlar şöbəsinə müdir gətirdiyi Rauf Məcidbəyli də çox qısa zaman kəsiyində Mariananın tapşırığı ilə Elnur Məmmədov və digərləri tərəfindən gözdən salınaraq yola salındı, əvəzinə nazirliyin köhnə peşəkar kadırlarından olan Gülgəz Tağıyevə həmin vəzifəyə gətirildi.

Nazirin digər kadrı Mehman Ramazanov aparat rəhbəri ilə yaxın münasibətdə, məsələlərə dair öz mövqeyi olduğu və Mariana ilə baş-başa getdiyi üçün vurulur. Mehman nazir tərəfindən təlimatlandırılıb ki, maliyyəyə ciddi nəzarət etsin, o da öz növbəsində Mariananın və Elnurun maliyyəni düzgün xərcləmədiyi, qanunsuzluqlara yol verdiyi barədə nazirə gileylənir, bu da Mariananı çox qəzəbləndirib və nəticə etibarı ilə Mehman qara siyahıya düşüb. Ehtimal edilir ki, Mehman da ən yaxın vaxtlarda Mariananın təkidilə yola salınacaqdır.

Ümumiyyətlə, nazirin özünün dövlət orqanlarında iş təçrübəsi olmadığından kadr siyasəti çox bərbad gündədir. Elə bu səbəbdəndir ki, o, son zamanlar bunu başa düşərək vəzifələrə nazirliyin “köhnə” kadrlarını gətirir, özünkülərin iş qabiliyyətinə etibar artıq tükənib.

Yeri gəlmişkən Nazirin digər təyinatı İT şöbəsinin müdiri Məftun Qədimli haqqında nazirlikdə bir anekdotlar danışılır. Bu şəxsi nazirliyə şöbə müdiri kimi gətirirlər və o qanunvericiliklə nəzərdə tutulan qaydada müsabiqədən keçməli olur. Sənədlər Dövlət Qulluğuna Qəbul komissiyasına təqdim edildikdə bəlli olur ki adamın ümumiyyətlə ali təhsili yoxdur. Fakt qarşısında qalaraq, məcbur olub müdir vəzifəsinə rəsmi olaraq “köhnə” kadr olan Elmira Əkbərovanı təyin edirlər, amma müdir otağında qeyri-rəsmi lakin faktiki müdir Məftun müəllim oturur, iclas və toplantılarda, nazirliyi dövlət tədbirlərində bu sahədə Elmira xanım deyil, Məftun müəllim təmsil edir, bir sözlə şöbəni Məftun müəllim idarə edir. Eyni zamanda, Məftun müəllimi 4 ildən sonra rəsmi müdir təyin etmək üçün onu nazirliyin tabeçiliyində olan Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə olaraq qəbul elətdirib “oxudurlar”. Adamın təhsili yoxdur!!! Məşədi İbadın sözü olmasın “Bu gəlini gətirəndə baxmırdız, qızdır, yoxsa oğlan?”.

2022-ci ilin idman yekunlarına həsr edilmiş tədbirlə bağlı mövzu isə tam başqa məsələdir. Nə qədər gizlətməyə çalışsalar da Mariana Vasilevanın qızı Siyana Vasileva ilin yekunlarına əsasən fəxri adla yanaşı 100 000 manat mükafat və mənzil də almışdır. Hansı nailiyyətinə görədir görəsən? Bu qədər nailiyyəti olan idmançı, məşqçi olan halda niyə məhz nazir müavinin qızı dəyərləndirilir, özü də səbəb olmadan? Harasa tələsirsiz? Təzə qələndə nazir və onun xanım müavini özlərini “lezva”layırdılar ki şəffaf işləyəçəyik. Budur şəffaflıq?

Bu bolqar xanım oturub-durur ölkəmizin Olimpiya çempionlarının barəsində qeybət edir. Sanço Panco ilə birlikdə idmançıların pullarını sayır. Dəfələrlə Fərid Mansurovun, Elnur Məmmədlinin, Hacı Əliyevin, Rafael Ağayevin və digərlərinin maliyyə imkanlarında danışırlar. Danışaraq da hiddətlənirlər ki, niyə bu idmançılara bu cür şərait yaradılmalıdır, onlar nə ediblər Vətən və dövlət üçün? Adam hayqırmaq istəyir ki, siz kimsiz axı ölkənin fəxri olan bu insanlara qiymət verməyə qalxırsız?! Sizə qalsa onları heç nazirliyin qapısına buraxmazsınız, zatən elə də edirsiniz. Olimpiyaçıları nazirliyin giriş qapılarında gözlədirsiniz, nazirliyə girməyə içazə vermirsiniz. Bu hörmətsizliyi gənc idmançı nəsli görüb idmana meyil göstərər? İdmanın zirvəsi olan Olimpiyaçılara, çempionlara münasibət budursa gənç idmançıya nə ilə stimul verəçəksiniz?

İdman nazirliyi olaraq çoxlu tədbirlər keçirirlər, amma olimpiyaçılarımız, tanınmış və aparıçı idmançılarımızı dəvət etmirlər, çünki bilirlər ki yanaşı durduqda naziri də, müavini də, Elnuru da bu adamların yanında parlaya bilməyəçəklər, heç görünməyəçəklər. Bu səbəbdəndir ki, idman ailəsi nazirlikdən inçik düşübdür, və bu vəziyyət yaxşı heç nə vəd etmir. Bu xaosun bir sonu olmalıdır.

Mariana, həmçin, öz hərəkət və davranışları ilə nazirlikdə kollektiv ruhunu məhv edib. İnsanlar önçə də qeyd etdiyimiz kimi “köhnələrə” – “təzələrə”; “supergüç” şöbənin əməkdaşlarına, yəni idman şöbəsinin, və kimsəsiz yetim şöbələrin nümayəndələrinə; maddi “premiyalar” alan və almayanlara bölünübdür. Nazirlikdə bütün üstünlüklər idman şöbəsindədir, çünki xanım həmin şöbəni öz şöbəsi adlandırır. Əməkdaşlarına “konvertlərdən” tutmuş fəxri adlara qədər paylayır, amma digər şöbələr bunların hamısından məhrum edilir və kollektiv daxilində narazılıq artıq.

Bu Elnur Məmmədov Olimpiya Komitəsinə girib-çıxanların siyahısını tutur, onlara problemlər yaradır. O dərəcəyə çatıb ki Fərid Qayıbov, Mariana Vasileva, Elnur Məmmədov üçlüyü Milli Olimpiya Komitəsinin vitse-presidenti Çingiz Hüseynzadəni İdman Nazirliyinin Kollegiyasının üzvlüyündən çıxarmağa çalışıblar, lakin bunu hansısa səbəblərdən bu günədək həyata keçirə bilməyiblər. İnanın ki, idman sahəsinə aidiyyəti olan istənilən şəxslə danışsaz bütün bu faktların təsdiqini tapaçaqsınız.

Bu “siyasətin” həyata keçirilməsində idman şöbəsinin müdiri Elnur Məmmədov xüsusi yer tutur, ona görə həmin şəxsə xüsusi yer ayırmaq məqsədəuyğun olardı.

Elnur Məmmədovun tərcümeyi-halına baxdıqda müəyyən etmək olar ki, insan son 20 ildə, hər il azı bir dəfə iş yerini dəyişib. Elnur Məmmədov 21-22 illik iş fəaliyyəti dövründə 23 iş yeri dəyişmişdir. Bu yarıtmaz və mənəviyyatsız insanın bu qədər iş yerini dəyişməsinin səbəbi onun intriqa həvəskarı, sözçatdırma kuryeri, yalançı olması ilə bərabər dəfələrlə rüşvət və dələduzluq məsələlərində adının hallanmasıdır. Lakin buna baxmayaraq, adam Nazirlikdə bu cür strateji vəzifəyə təyinat aldı.

Birinçisi, deyilənlərə görə insan psixoloji cəhətdən nakamdır. Onunla ünsiyyətdə olduqda bu çox rahat sezilir. İnsan durduq yerdə gülür, öz-özü ilə danışır, daim bilib-bilmədiyi mövzularda və söhbətlərdə yersiz fikir irəli sürməyi lazım bilir. Artıq o dərəçəyə çatıb ki, Kollegiyada Elnur söz almaq istəyəndə nazir etiraz edir və ya qısa kəsməyini xahiş edir.

İkinçisi, ölkədə çalışdığı bütün qurumlarda bu adamın intriqa həvəskarı və xəstəsi olduğu deyilir. Adam Mariananın goltuğu altına girərək bütün nazirliyi vurub bir-birinə. İş qabiliyyəti bərbad səviyyədə olsa da, gözəl yaltaqlıq və Mariana xanımın kölgəsi olmaq baçarığı vardır, məhz bu səbəbdən nazirlikdə favorit hesab edilir. Elnurun özünün bir neçə dəfə dediyi kimi, nazir onu təzə işə götürəndə Mariana Elnurdan narazı olub, hətta işdən çıxarmaq fikri olub. Lakin, sonradan Elnurla danışaraq ona işdə qalmağı üçün şərt irəli sürüb – Elnurun sitatını olduğu kimi yazırıq: “Эльнур, мне не нужно чтобы ты думал, мне нужно чтобы ты просто делал то что я говорю”. Elnur da bunu qəbul edib və baş əyib. Düzdür, Elnuru tanıyanlar bir gün onun Mariananın torbasını tikəçəyini də bildirirlər.

Elnur Məmmədov

Elnur bu xəsiyyətdə biri olduğu üçün idman cəmiyyəti tərəfindən qəbul edilmir. Hətta, deyilənlərə görə bir-iki ay bundan önçə onu az qalıb ki, qəbula qələn idmançılardan biri kabinetində əzişdirsin, lakin köməyə gələn əməkdaşlar onun çanını qurtarıblar. Amma, Elnur üçün fərq etməz, çünki o bu cür yaramaz olmasına görə dövlət maaşı ilə bərabər hər ay 5000 manat konvert alır, və bu səbəbdən kimsəni “hərrəmir”. İdman federasiyalarının rəsmiləri, idmançılar, bir sözlə idman sahəsini təmsil edən bir çox şəxslərin bu şəxs barədə digər gileyi insanları qəbul etməməyi, telefon zənglərinə cavab verməməsidir. Soruşanda da deyir ki, iclasdaydım. İnsan hər şeylə məşğuldur, yeganə idman sahəsinə ayıracaq vaxtı yoxdur.

2022-ci ildə Türkiyədə keçirilmiş İslam Oyunlarında qaliblərimizin və onların məşqçilərinin mükafatlarını da Mariana və Elnur düzgün hesablamayıblar. Yəni hesablama individual aparılıb, xoşu qəldiyinə çox, xoşu gəlməyənə az məbləğlər yazılıb. Məsələn, Mariananın qızına on minlərlə mükafat təyin edilib. Deyilənə görə, bu azmış kimi həmin mükafatlar hələ də öz sahiblərinə çatdırılmayıb, çünki Mariana və Elnur öz yalanları və dələduz sxemləri içində özləri çaşıb qalıblar.

Mükafatları bölüşdürmək məsələsinə gəldikdə, Mariananın qəbul etdiyi yeni qərara görə idmançılara dövlət tərəfindən müəyyən edilmiş mükfatlar bir dəfəyə deyil, 3 il ərzində hissə-hissə veriləçəkdir. Bu qərar idman cəmiyyətini çalxaladı, çünki müxtəlif yaşlarda olan idmançılar, məşqçilər və idman mütəxəssisləri eyni zamanda adi insanlardır, onların da xəstəsi, məişət problemi, ailələri və sonucda öz planları və problemləri var və kimsə onların illərlə tər-qan tökməsi nəticəsində qazandığı mükafatı öz bildiyi kimi sədəqə şəklində paylamaq ixtiyarında deyildir. Nə isə, idmançılar toplanaraq etiraz bildirməyə başlayan kimi kraliça Mariana verdi Elnuru qabağa. Elnur idmançılara zənglər edərək yalvar-yaxar etdi ki, məsələni ictimayətləşdirməyin, şişirtməyin, çünki məsələnin gedib yuxarılara çıxmasından gorxdular. Eyni zamanda. Elnur çıxdı televiziyada söhbəti “fırlatdı” ki, bizi düz başa düşməyiblər, mükafatla bağlı müraciətlərə individual baxılaçaq və ehtiyac olanlara mükafatın bütöv məbləği bir dəfəyə veriləçəkdir. Qorxub qərarlarından qeri çəkildilər. Amma əl yeri də qoymaqla. Yəni, kimin ehtiyacı var, onu da özləri müəyyən edəcəklər.

Elə bu yaxınlarda, nazir və Mariana bildirdilər ki, əməkdaşlar uniformaya keçəçəklər, çünki guya “sosial təminatı aşağı olan şəxslər var, maddi vəziyyəti daha yaxşı olan işçilərin daha yaxşı paltar qeyindikləri üçün psixoloji diskomfort və problem yaşanır, bu səbəbdən hamı eyni geyinəçək”. Məsələ, idman cəmiyyəti tərəfindən birmənalı qarşılanmadı, və bu səbəbdən valı dəyişdilər, indi də bildirilir ki, uniforma yalnız xüsusi günlərdə geyiniləçəkdir. Yanı, bu nazirlikdə Fərid və Mariana gecə yatıb yuxuda gördüklərini həyata keçirməyə çalışırlar, başqa iş-gücləri yoxdur.

Bununla yanaşı, Mariananın savadsızlığından istifadə edən Elnur Məmmədovun nazirlikdə hər kəsi gözdən salmağının bir başqa səbəbi də var: yaxın gələcəkdə işdəın çıxarılacaq aparat rəhbəri Fidan Rüstəmlinin yerinə keçmək. Elnur, dişlərini ağarda-ağarda, hamının önündə ikiqat əyilə-eyilə hələ çox yüksəklikləri fəth edəçək, hətta yuxarıda qeyd etdiyimiz kimi bir gün Marianaya da badalaq vuraçağı şübhə doğurmur.

Ümid edirik ki, bu məlumatları cəmiyyətə çatdırmağa kömək edəçəksiniz. Məqsəd bu nazirlikdə baş verən özbaşnalığın, xaosun və daim dövlətin yanında olan idman icmasının mənafeyini qorumaqdır. Eyni zamanda, məlumatlara dair şübhələr varsa özünüzün araşdırma aparmağınızı xahiş edirik.

Qaldırılan məsələlər ictimayyətə açıqlandığı halda, Gənclər və İdman Nazirliyində baş verən digər qanunsuzluqlar, o cümlədən, tenderlərin keçirilməsi və qaliblərinin kim olması; tədbirlərdə xərclərin şişirdilməsi və vəsaitlərin mənimsənilməsi; tədbirlərin təşkil olunmasına cavabdeh İnara İsrafilbəylinin kimliyi; “konvert-premiya” sisteminin neçə işləməsi; nazirliyin tabeliyində olan otel, biznes mərkəzinin qəlirləri neçə oğurlanır; nazir köməkçisi Fərid Məmmədzadənin hansı sahələrdən nazir üçün pul yığması barədə də məlumat veriləçəkdir.

E. Məmmədov

Gənclər və İdman Nazirliyinin təəssübkeşi

P.S. Redaksiyaya daxil olan bu məktubu olduğu kimi, sadəcə bəzi hərf səhvlərini düzəldərək dərc etdik. Fərid Qayıbov öz nazirliyində korrektura edəcəkmi, yoxsa bunu Mariana Vasilevaya həvalə edəcəkmi, onu bilmirik. Amma bu nazirliyin işində baş verənlər, gerçəkdən çox maraqlıdır. Əməlli-başlı serial materialı kimi…

скачать dle 12.1
Xəbər lenti