Messi: "Həmişə sadə bir insan kimi yaşamağa çalışıram”

4-02-2023, 11:22
4 727
Messi: "Həmişə sadə bir insan kimi yaşamağa çalışıram”

PSJ-nin futbolçusu Lionel Messi populyar bir insan kimi necə yaşamasından danışıb.

Qol.az xəbər verir ki, argentinalı hücumçu "Ole"yə açıqlamasında özünü dünyanın bir nömrəli personajı hesab etmədiyini və hər zaman sadə olmağa çalışdığını bildirib:

"Adi insan kimi yaşayın. Ailənizdə, övladlarınızda xırda şeylərdən həzz almağı bacarın. Məşhur olmaq, tanınmaq xatirinə nəsə etmirəm. Mən həmişə özüm olmağa və normal yaşamağa çalışmışam. Düşünürəm ki, mən və ailəm normal davranış göstəririk. Bəli, məni tanıyırlar, avtoqraf, foto istəyə bilərlər, amma həmişə sadə və adi bir insan kimi yaşamağa çalışıram”.

скачать dle 12.1
Xəbər lenti