Ölkəni bahalaşma bürüyüb

19-10-2015, 23:55
0
Ölkəni bahalaşma bürüyüb


Yumurtanın qiymətindəki qəfil artımın səbəbi nədir?

Ölkədə davam edən bahalaşma prosesi getdikcə ən yüksək həddə yaxınlaşır. Ərzaq məhsullarının qiymətinin artmasından narazı kəsim bunun səbəblərini aramaqla məşğuldur. Əslində, istənilən  təbəqənin nümayəndəsi gündəlik ərzaq məhsullarının qiymətinin get-gedə artmasından narahatdır. Əhalinin çətin vəziyyətdə yaşayan sosial təbəqəsinin vəziyyəti isə daha acınacaqlıdır. Təkcə yumurtanın qiymətində baş verən qəfil artım insanların gündəlik büdcəsinə görünən səviyyədə təsir edib. Belə ki, kənd yumurtasının qiyməti hazırda 20-25, broyler yumurtasının qiyməti isə 13 qəpiyə təklif edilir.
 
vahid-meherremov1
 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, yumurtanın qiymətinin artımı bir neçə faktorlarla bağlıdır. Ölkəyə əvvəllər idxal olunan yumurtanın həcmi daxili bazara müəyyən qədər təsir edirdi. Yəni  sahibkarlar qiymətləri artıra bilmirdilər. Ekspert söyləyir ki, hazırda mal-məhsulların qiymətində artım olduğu üçün yumurta istehsalçıları da bundan istifadə edirlər. Sahibkarlar eləcə də istehlakçı oluqları üçün  əvvəllər istehsal etdikləri məhsulun qiymətini artırmaqla bəzi xərclərini qarşılayırdılar:
 

 

“Bu amil mövsümlə də bağlıdır. Yəni məsələni payız fəsliylə də əlaqələndirmək lazımdır. Bu mövsümdə xüsusilə də kənd yumurtasının istehsalı azalır. Gün gödəldikcə məhsulun istehsalında azalma başlayır. Səbəblərdən biri kimi ölkədə quşçuluğun zəif olmasını da göstərmək olar. Qonşu ölkələrdə, xüsusilə də Rusiyada, Ukraynada, Belarusda bu sahənin  inkişafına xüsusi diqqət yetirirlər və nəticədə  onlarda quş ətinin, yumurtanın istehsalı əhalinin tələbatı qədərdir. Lakin bizdə bu sahə müəyyən əllərdə olduğu, həmçinin  rəqabət olmadığı üçün qiymətləri istədikləri kimi diqtə edirlər. Bu amillər yumurtanın qiymətinə təsir edən amillərdir.  Idxalın inhisarda olması daxildə imkan yaradır ki, işbazlar bundan istifadə edib qiyməti istədikləri  kimi artırsınlar”.

 

скачать dle 12.1
Xəbər lenti