Kənd Təsərrüfati Nazirliyindən qiymətlərlə bağlı yenilik

9-12-2015, 16:42
0
Kənd Təsərrüfati Nazirliyindən qiymətlərlə bağlı yenilik
 
Kənd Təsərrüfati Nazirliyinin gündəlik yenilənən qiymət informasiya portali tam fəaliyyətə başlayıb. 
 
Kənd Təsərrüfatı Nazirliyinin qiymət informasiya portalı www.azagro.net  46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası olaraq tam fəaliyyət göstərir. 
 
Avqust ayından etibarən test rejimində fəaliyyət göstərən məlumat bazası dekabrın 1-dən Bakı şəhəri ilə yanaşı regionlarda da fəaliyyət göstərən 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir. Məlumat bazasına Nazirliyin internet səhifəsi vasitəsilə də daxil olmaq olar.
 

 

Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək.
скачать dle 12.1
Xəbər lenti