Azərbaycan AİB-dən kredit alır

7-05-2016, 20:07
0
Azərbaycan AİB-dən kredit alır

Asiya İnkişaf Bankı (AİB) Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz yatağının işlənməsinin ikinci mərhələsi layihəsinə 1.505 milyard dollar kredit ayırmağı nəzərdən keçirir.

AZƏRTAC-ın xəbərinə görə, AİB-in missiyasının layihə üzrə faktların toplanması məqsədilə iyunun 15-də Azərbaycana gəlişi gözlənilir. Krediti «Cənub Qaz Dəhlizi» QSC istifadə edəcək.

«Şahdəniz-2» yatağından hasil olunacaq qazın 3 min 500 kilometr uzunluğundakı «Cənub Qaz Dəhlizi» ilə Avropaya daşınması nəzərdə tutulur. «Cənub Qaz Dəhlizi» ilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

скачать dle 12.1
Xəbər lenti