“Moyka”lar da qiyməti qaldırdı

17-05-2016, 00:45
0
“Moyka”lar da qiyməti qaldırdı
Məlum olduğu kimi, ötən həftə Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılıb.
 
“Azərsu” ASC-nin müraciəti əsasında bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl 30 qəpik), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl 25 qəpik), qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat (əvvəl 12 manat) müəyyən edilmişdir.
 
Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik (əvvəl 6 qəpik), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik) səviyyəsində təsdiq olunmuşdur.
 
İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilmişdir.
 
Yeni tariflər 2016-cı il 16 may tarixindən qüvvəyə minəcəkdir.
 
Artıq 2 gündür Bakıda bir çox avtoyuma məntəqələri qiyməti qaldırıb. Əvvəllər 3 manata sadə, 5-6 manata full avtoyuma mümkün idisə, artıq 4 manata sadə, 6-7 manata full avtoyuma həyata keçirilir. Amma bəzi avtoyuma məntəqəlıri qiyməti qaldırmayıb. Güman ki, mayın 16-dan yeni tariflər qüvvəyə mindiyi üçün bu gündən digərləri də eyni addımı atacaq.
 
Qeyd edək ki, qeyri-əhali üzrə suyun qiyməti qaldırılmasa da tullantı sularının axıdılması xidmətlərinin tarifləri 3 dəfədən çox artırılıb.
скачать dle 12.1
Xəbər lenti