Dünya Bankı 5 ildə Azərbaycana 892 milyon ayırıb

30-06-2016, 18:53
0
Dünya Bankı 5 ildə Azərbaycana 892 milyon ayırıb

Ötən il iyulun 1-dən bu il 30 iyununa kimi Dünya Bankı (DB) Azərbaycan hökumətinə 207 milyon dollar kredit ayırıb.

Turan-ın xəbərinə görə, bu haqda Dünya Bankından bildiriblər.

Bankın məlumatına görə, əsas layihələr Bakı-Şamaxı yolunun genişləndirilməsi (140 milyon) və “Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və gəlirlərinin artırılması”dır (66,7 milyon dollar).

Ötən 5 ildə isə DB Azərbaycana müxtəlif layihələr üzrə cəmi 892 milyon dollar ayırıb.

Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir.

Bu müddətdə 55 layihəyə (44-ü başa çatıb) üzrə Azərbaycana hökumət zəmanəti ilə 3 milyard dollar ayrılıb.

Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın 7 milyard 448.7 milyon ABŞ dolları xarici dövlət borcu var. Bu, təqribən 11 milyard 486.6 milyon manata bərabərdir. Xarici borc yanvarın 1-i ilə müqayisədə 554.4 milyon dollar çoxalıb.

Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsində öhdəlikləri yerinə yetirməkdən ötrü təqribən 7 milyard dollar əlavə kredit almağı düşünür.

Müxalifət Azərbaycanın xarici borclarının artması ilə bağlı hökuməti tənqid edir.

скачать dle 12.1
Xəbər lenti