Brent nefti 48 dollara düşdü

5-07-2016, 17:35
0
Brent nefti 48 dollara düşdü

Brent neftinin qiyməti, Nirjeryanın istehsalında ötən ay artım olduğuna dair məlumatın təsiri ilə 49 dollardan da aşağı enib. Bakı vaxtı ilə saat 12:27-də Brent nefti 2,5%-ə yaxın ucuzlaşma ilə 48,89 dollardan alıcı tapıb.

Bloomberg-in məlumatına görə, Nigeriya ötən ay gündəlik 1,53 milyon barel neft hasil edib. Sözügedən rəqəm May ayı ilə müqayisədə 90,000 barel çoxdur.

Neft, 2016-ci ildə bahalaşıb. Brent neftin qiyməti Yanvar ayında görülən 12 ilin dib səviyyəsindən 75 faiz qalxıb. Nigeriya, Kanada və ABŞ istehsalındakı azalma, qiymətlərin yüksəlməsinə səbəb olmuşdu.

Analitiklər bildirirlər ki, ABŞ-da neft quyularının yenidən işə salınması və yay mövsümü olması ilə əlaqədar ABŞ-dakı aşağı neft tələbi qiymətlərə mənfi təsir edir.

скачать dle 12.1
Xəbər lenti