Elektron ticarətdən vergi tutulacaq

10-08-2016, 15:52
0
Elektron ticarətdən vergi tutulacaq

Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb olunması və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi 3 ay müddətinə öz həllini tapacaq.

Bunu bu gün Vergilər Nazirliyində Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatları”nın təsdiqi və vergi inzibatçılığın təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixi Sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyi qarşısında duran vəzifələrə həsr olunmuş mətbuat konfransında Vergilər nazirinin  müavini İlkin Vəliyev bildirib.

Onun sözlərinə görə, artıq gələn ildən  elektron ticarətin vergiyə cəlb olunması mümkün ola bilər: “Bu gün elektron ticarət vergidən kənarda qalır. Biz çalışacağıq ki, bütün bu proseslər vergiyə cəlb olunsun”.

скачать dle 12.1
Xəbər lenti