Moody’s: Manata təzyiqlər artır

3-09-2016, 15:31
0
Moody’s: Manata təzyiqlər artır

«Moody’s» beynəlxalq reytinq agentliyi Azərbaycanda ABŞ dolları qıtlığının yarandığını bildirib.

«Moody’s» dollar qıtlığının artmasını milli valyuta – manata təzyiqlərin yenidən artması kimi qiymətləndirib.

Agentlik belə bir iqtisadi konyunktura davam etdiyi halda Azərbaycanın suveren reytinqinə mənfi təsirlərin əmələ gələ biləcəyini vurğulayıb.

Sonuncu dəfə «Moody’s» Azərbaycanın suveren reytinqini 2016-cı il fevralın 5-də «Baa3» səviyyəsindən «Ba1»ə endirib, proqnozu isə «neqativ» olaraq müəyyənləşdirib.

«Ba1» reytinq səviyyəsi spekulyativ və əhəmiyyətli dərəcədə riskə məruz öhdəliklər kimi açıqlanır. Bu səviyyədən sonra isə «Moody’s»in reytinq sıralamasında «B» səviyyəsi gəlir – bu kateqoriya da spekulyativ, lakin daha yüksəksəviyyəli riskə məruz qalan öhdəlikləri nəzərdə tutur.

İqtisadçılar bildirirlər ki, beynəlxalq reytinqdə Azərbaycanın mövqelərinin zəifləməsi ölkənin xarici banklardan kredit əldə etmə imkanlarını çətinləşdirir, eyni zamanda, ölkənin xarici investorlar üçün cəlbediciliyini azaldır.

скачать dle 12.1
Xəbər lenti