Sentyabrın 19-na keçən gecə bankomatlar müvəqqəti işləməyəcək

16-09-2016, 18:35
0
Sentyabrın 19-na keçən gecə bankomatlar müvəqqəti işləməyəcək

Sentyabr ayının 19-da “AzeriCard" Prosessinq Mərkəzində daxili yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq, gecə saat 03:30-dan saat 04:00-dək bankomat şəbəkəsi, POS-terminallar, plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.

Bu barədə "Atabank" ASC-nın plastik kart sahiblərinə xəbərdalığında bildirilib.

“AzeriCard" Prosessinq Mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyəsinin yüksəldilməsi məqsədilə daxili¬sistemində yenilənmə işləri aparır.

скачать dle 12.1
Xəbər lenti