Bu gündən yanvar ayının pensiyası verilməyə başlanıb
“Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesablara oturacaq və Bakı şəhəri üzrə pensiyaçılar pensiyalarını ala biləcəklər”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
E.Babayev qeyd edib: “Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa çatdırılacaq”.