Ötən il büdcə kəsiri 1 milyard 77,8 milyon manat olub

13-06-2018, 18:57
22 121
Ötən il büdcə kəsiri 1 milyard 77,8 milyon manat olub

Dövlət başçısı İlham Əliyev Azərbaycanın 2017-ci il büdcəsinin icrası haqqında qanunu imzalayıb. Sənədə görə, dövlət büdcəsinin gəlirləri 16 milyard 516,7 milyon manat, xərcləri 17 milyard 594,5 milyon manat olub.

Sənaye, tikinti və faydalı qazıntılara 2 milyard 707,4 milyon manat; ümumi dövlət xidmətlərinə 2 milyard 679,4 milyon manat; müdafiəyə 2 milyard 621,3 milyon manat; sosial müdafiə və sosial təminata 2 milyard 350,2 milyon manat; təhsilə 1 milyard 742,7 milyon manat; məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa 1 milyard 177,6 milyon manat; iqtisadi fəaliyyətə 775,5 milyon manat; səhiyyəyə 704,7 milyon manat; kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 506,2 milyon manat; mənzil və kommunal təsərrüfatına 300,2 milyon manat; mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 253,3 milyon manat xərclənib(novator.az).

Büdcə kəsiri 1 milyard 77,8 milyon manat göstərilir.

скачать dle 12.1
Xəbər lenti