Ət idxalında artım davam edir

17-06-2019, 21:26
27 318
Ət idxalında artım davam edir

Bu ilin yanvar-may aylarında ölkəyə 20 min 292 ton ət idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövründə idxal edilən ətin dəyəri isə 29 milyon 376 min ABŞ dolları olub.

Ötən ilin ilk 5 ayında isə ölkəyə 27 milyon 54 min dollarlıq 18 min 450 ton ət idxal edilmişdi.

Son illər ət idxalında, bir qayda olaraq, artım özünü göstərir. Müstəqil ekspertlər bunu, əsasən, son illər pambıq sahələrinin artırılması ilə bağlı örüş yerlərinin azalması və bir çox qoyunçuluq təsərrüfatlarının ləğvi ilə izah edirlər.

Buğda idxalında da artım davam edir

Bu ilin yanvar-may aylarında ölkəyə 551 min 443.82 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsi (DGK) bildirir ki, idxal edilən bu məhsula 124 milyon 453 min ABŞ dolları sərf edilib.

DGK-nın statistikasına əsasən, ötən ilin eyni dövründə isə Azərbaycana 481 min 10.20 ton buğda gətirilmişdi. Həmin buğdanın alinmasına 84 milyon 122 min dollar xərcləndiyi açıqlanmışdı.

скачать dle 12.1
Xəbər lenti