“Bir çox bankın filialları bağlanacaq”

17-09-2015, 21:54
0
“Bir çox bankın filialları bağlanacaq”

“Bank Respublika”nın Goranboy şöbəsinin fəaliyyətini dayandırması haqqında mətbuatda məlumatlar yayılıb. Bildirilir ki, bu filialın əhatə etdiyi dairənin Gəncə filialına verilib və hazırda təhvil-təslim işləri aparılır. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev, bəzi bankların belə bir addıma gedəcəklərinin əvvəldən məlum olduğunu deyib. “Təəssüf ki, gözləntilərimiz özünü doğruldur. Sentyabr-oktyabr aylarında bank sektorunda ixtisarı proqnozlaşdırmışdıq. Yəqin ki, bu, bağlanacaq sonuncu filial olmayacaq. Digər banklarda da filialların bağlanmasını və ya ixtisarları müşahidə edəcəyik.Bank Respublika proseslərə həmişə çevik reaksiya verən bankdır. Bank sektorunda baş verəcək narahatlıqları bu bankın davranışından müşahidə etmək olar. Əgər onlar filial birləşməsinə gediblərsə, deməli, digər banklarda vəziyyət daha pisdir və onlar da prosesə qoşulacaq”, – deyə S. Əliyev qeyd edib. (“OLAYLAR” İA)

скачать dle 12.1
Xəbər lenti