11 saylı Ərazi Vergilər Baş İdarəsində anarxiya - İTTİHAM

30-07-2020, 20:05
7
11 saylı Ərazi Vergilər Baş İdarəsində anarxiya - İTTİHAM

Bərdə şəhər sakini, sahibkar Təyyar Hidayətov Prezident İlham Əliyevə, Baş Prokuroluğa və İqtisadiyyat Nazirliyinə müraciət edib. Sahibkar müraciətin bir surətini də ANAXEBER.info-ya yollayıb.

Təyyar Hidayətovun şikayəti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Asəf İmanov barədədir. Sahibkar yazır ki, bundan əvvəl də rəis müavinindən şikayət edib. “İmanov Asəf Polad oğlunun yaratdığı anarxiya və öz başınalıq barəsində 28.04.2020-ci il tarixində və 16.06.2020-ci il tarixində Sizə şikayət məktubum ilə müraciət etmişəm. Şikayət məktubum İqtisadiyyat Nazirliyi Yanında Daxili Təhlükəsizlik Baş İdarəsinə baxılmış lakin şikayətimin məzmununa uyğun olmayaraq cavab verilmişdir. Guya mən Maliyyə Nazirliyinə Yük Gömrük Bəyannamələrini təqdim etmək üçün 11 Saylı Vergilrə İdarəsinə müraciət etmişəm. Bildiriəm ki. Şikayətim üzrə Maliyyə Nazirliyi barədə heç bir cümlə belə yoxdur. Belə hesab olunur ki, məqsədli şəkildə düzgün araşdırmayıblar”, - Təyyar Hidayətov müraciətində bildirir. Sahibkarın sözlərinə görə, 27 iyul 2020-ci il tarixdə yenidən İqtisadiyyat Nazirliyi Yanında Daxili Təhlükəsizlik Baş İdarəsinə və 11 Saylı Ərazi Vergilər Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra onu vergi yoxlamasına cəlb ediblər: “11 Saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini İmanov Asəf Polad oğlu barəsində Baş Prokurorluğa və İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etdiyim üçün mənimlə prinsipə düşmüş, bundan qabaqda vergi əməkdaşları zəng etmiş, dəqiqləşdirilmiş bəyannamə verilməsini tələb etmiş əks təqdirdə səyyar vergi yoxlanılması açılacağı və mənə əlavə vergi hesablanması bildirilmişdir. Dəqiqləşmiş vergi bəyannaməsinin tələb edilməsini İmanov Asəf Polad oğlu tərəfidən isdənilməsi bildirilmişdir. Biz hansı dövlətdə yaşayırıq ki, hansısa vəzifəli şəxs hansısa məqsədlərdən ötrü vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hədə-qorxu gələrək sahibkarı nəyəsə məcbur etsin. İmanov Asəf Polad oğlunun öz fəliyyətini gedin yoxlayın kimə nə isdəyir vergi hesablayır, vergisini azaldır, kimə isdəyir vergi borcu ilə yükləyir. Onun tapşırığı əsasında sahibkarlara hesabladığı kameral və səyyar vergilərin aktlarını araşdırsanız onda onun etdikləri qanusuzluqları görərsiniz, o zaman hər şey Sizə aydın olar. 27.07.2020-ci il tarixində onlayın şəkildə növbəti şikayətimdən sonra mənə həmin günü İmanov Asəf Polad oğlunun tapşırığı əsaında növbədən kənar səyyar vergi yoxlaması açmışlar. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 30 may 2019-cu il tarxili 1603-VQD nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik etmiş və Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə həmin qanun birinci maddəsində Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaları 2021-ci il yanvarın 1-dək dayandırmışdır. Bundan başqa , Cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında dövlətimizin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkənin məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 3.1.2.-ci bəndinin icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 8 aprel 2020-ci il tarixli F-41 nömrəli “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. Lakin bəzi vergi məmurları pandemiyanın tuğyan etdiyi bir dövrdə sahibkarar incidilir, onlara qarşı xoşagəlməz hallar baş verir. Pandemiyanın dövründə dövlətimiz tərəfindən sahibkarlara dəstək olunur. Mən bir sahibkar olaraq 2018-ci il tarixində 35000 manat , 2019-cu ildə 20000 manat gəlir vergisi ödəmişəm. Lakin pandemiya dövründə İmanov Asəf Polad oğlu hədə-qorxu gələrək və vəzifə üstünlüklərindən istifadə edərək mənə dəqiqləşmə bəyannamə verilməsini tələb edir. Əks halda səyyar vergi yoxlamasının açılmasını bildirmişdir. 27.07.2020-ci il tarixində öz məksədinə çatmaq üçün səyyar vergi yoxlamasını açmışdır”. Təyyar Hidayətov vergi yoxlamasına cəlb edilməsini qanunsuz hesab etməklə yanaşı Asəf Poladovun cəzalandırılmasını xahiş edir: “Hesab edirəm ki, İmanov Asəf Polad oğlunun qanunsuz əməlləri barədə Baş Prokurorluğa və digər orqanlara şikayət etdiyim üçün mənə qarşı qabaqcadan səyyar vergi yoxlamasının açılmasını planlamış, məqsədli şəkildə vəzifə səlahiyyətlərindən və vəzifə üstünlüklərindən istifadə edərək, hədə-qorxu gələrək mənə səyyar vergi yoxaması açmaqla cəzalandırılma metodunu seçmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası Qanunun 3.2. maddəsinə əsasən Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Qeyd etmək idəyirəm ki, mənə qarşı Cinayyət Məcəlləsinin 309-cu və 341-ci maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma halları olmudur. Belə ki, CM-nin 309.1. maddəsinə əsasən Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda və Cinayət Məcəlləsinin 341.1. maddəsinə əsasən Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması halları baş vermişdir. Yuxarıda qeyd etdiyim qanunsuzluqarın qarşısının alınması üçün şikayətimi xüsusi nəzarətə götürülməsini, qanun pozuntusuna yol vermiş şəxlərin araşdırılmasını və məsuliyyətə cəlb edilmələrini, həmin xoşagəlməz halların və qanun pozuntularının aradan qaldırılmasını, qanunvericiliyin tələbləri nəzərə alınmaqla açılmış səyyar vergi qərarının ləğv edilməsini Sizdən bir daha xahiş edirik”.

dle
Xəbər lenti