Büdcənin gəlirləri və xərcləri

17-09-2015, 22:49
0
Büdcənin gəlirləri və xərcləri

10 ildə büdcənin göstəriciləri necə dəyişib?
Gələn ilin dövlət büdcəsinin ilkin layihəsində gəlirlər 14 milyard 566 milyon manat, xərclər 16 milyard 264 milyon manat həcmində proqnozlaşdırılır. Bu ilin proqnozları ilə müqayisədə büdcənin gəlirləri 4 milyard 872 milyon manat, xərcləri 4 milyard 836 milyon manat az nəzərdə tutulur. 2015-ci il üçün gəlirlər 19 milyard 438 milyon manat, xərclər 21 milyard 100 milyon manat məbləğində təsdiq edilib.
Transparency.az son 10 ildə büdcə göstəricilərinin necə dəyişdiyinə nəzər salıb. Rəqəmləri təqdim edirik:
2005-ci ilin dövlət büdcəsi: gəlir — 2 milyard 55,2 milyon manat, xərc — 2 milyard 147,2 milyon manat;
2006-cı ilin dövlət büdcəsi: gəlir — 3 milyard 881,2 milyon manat, xərc — 3 milyard 789,7 milyon manat;
2007-ci ilin dövlət büdcəsi: gəlir — 6 milyard 6,6 milyon manat, xərc — 6 milyard 59,5 milyon manat;
2008-ci ilin dövlət büdcəsi: gəlir — 10 milyard 762 milyon manat, xərc — 10 milyard 680 milyon manat;
2009-cu ilin dövlət büdcəsi: gəlir — 10 milyard 325,9 milyon manat, xərc — 10 milyard 567, 9 milyon manat;
2010-cu ilin dövlət büdcəsi: gəlir — 11 milyard 402,5 milyon manat, xərc — 11 milyard 766 milyon manat;
2011-ci ilin dövlət büdcəsi: gəlir — 11 milyard 700,7 milyon manat, xərc — 15 milyard 394,7 milyon manat;
2012-ci ilin dövlət büdcəsi: gəlir — 17 milyard 281,6 milyon manat, xərc — 17 milyard 105,6 milyon manat;
2013-cü ilin dövlət büdcəsi: gəlir — 19 milyard 494,6 milyon manat, xərc — 19 milyard 143,5 milyon manat;
2014-cü ilin dövlət büdcəsi: gəlir — 18 milyard 400,5 milyon manat, xərc — 18 milyard 699,3 milyon manat.

скачать dle 12.1
Xəbər lenti