Neft və qaz gəlirlərində ciddi azalma

19-02-2023, 17:09
4 743
Neft və qaz gəlirlərində ciddi azalma

İqtisadçı Qaşqay İsmayıl

Məlumat verildiyi kimi, bu ilin yanvarında Azərbaycanın neft və qaz gəlirləri keçən ilin yanvarı ilə müqayisədə ciddi şəkildə azalıb

Bu azalmalar həm satışın fiziki həcminin həm də qiymətlərin dəyişməsi ilə bağlıdır. Belə ki, keçən il 2.8 milyard dollarlıq neft-qaz məhsulları ixrac edlmişdisə, bu il həmin rəqəm 1.6 milyarda düşüb. Bu isə kifayət qədər, təqribən 44 faizlik azalmadır. Belə kəskin azalmanın sırf texniki səbəbləri də ola bilər, məsələn qaz hasilatının 1 milyard 350 milyon kubmetrdən 255 milyon kubmetrə düşməsi formal olaraq ilin ilk ayı ilə bağlı hesabatlarla da izah edilə bilər. Lakin istənilən halda ölkənin neft gəlirlərinin azalması tendensiyası davam etməkdədir və əsas gəlir mənbəyinin azalması büdcədə də özünü göstərə blər

Nəzərə almalıyıq ki, neft-qaz ixrac edən əksər ölkələr kimi Azərbaycan da bu gəlirlərdən ciddi şəkildə asılıdır. Ölkə ixracının təqribən 85 faizi bu gəlirlərdən asılıdır. Qlobal miqyasda xammal qiymətlərinin enmə tendensiyasının başlaması, daha uzaq perspektivdə isə neftin dünya enerji balansında öz yerini tədricən itirməsi bu gəlirlərin azalmasının daimi olacağını düşünməyə əsas verir. Bu isə əhalnin sosial rifahında öz təsirlərini qoyacaq. Belə ki, Azərbaycan əhalisi insan hüquq və azadlıqları, demokratiya və azad bazar prinsipləri uğrunda deyil, büdcədən sosial ödənişlər uğrunda mübarizə aparıb və bu mübarizəni kifayət qədər yüksək nəticələrlə sona çatdırıb

Sosial ödənişlər dedikdə söhbət yalnız büdcədən verilən maaş, pensiya və müavinətlər deyil, məsələn ictimai nəqliyyat sisteminin məhv edilməsi bahasına olsa belə nəqliyyatda gediş haqqlarının ucuzluğu kimi hallardan, dövlətin iqtisadiyyat üzərində total nəzarətindən də gedir. Müvəqqəti olaraq büdcədən ödənişlər naminə cəmiyyətin və hakimiyyətin konsensusu gələcəkdə ölkə iqtisadiyyatının kollapsına aparsa da bu indki məqamda heç kimi narahat etmir

Neft-qaz gəlirləninin hər dəfə azalması isə sadəcə olaraq mövcud balansın nə qədər kövrək olmasının indikatoru sayıla bilər.

скачать dle 12.1
Xəbər lenti