ABŞ neft şirkətləri ötən il səhmdarlara 130 milyard dollara qədər vəsait ödəyib

6-03-2023, 11:00
4 654
ABŞ neft şirkətləri ötən il səhmdarlara 130 milyard dollara qədər vəsait ödəyib

2022-ci ilin sonunda Amerika neft şirkətləri səhmdarlara 128 milyard dollar məbləğində "gözlənilməz dərəcədə yüksək" dividendlər ödəyiblər.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ-ın neft səhmdarları 2022-ci ildə Rusiyanın Ukraynadakı müharibəsi və Uoll-stritdəki təzyiqin artması kimi qlobal tədarükün pozulmasının birləşməsi nəticəsində 128 milyard dollar gəlir əldə eiblər.

Bununla belə, agentlik qeyd edib ki, belə dinamikanın çatışmazlıqları var - iri əmtəə şirkətlərinin rəhbərləri gələcəkdə qazıntı yanacaqları ilə bağlı uzunmüddətli layihələrə investisiyalar hesabına zərər çəkə bilərlər.

Nəticədə ABŞ-ın iri neft şirkətlərinin uzunmüddətli davamlılığı təhlükə altında ola bilər. Buna səbəb isə dünyada qalıq yanacağa tələbatın gözlənilən azalması fonunda dividendlərin ödənilməsi və yeni yataqların işlənməsi ilə bağlı xərclərin artması ola bilər.

скачать dle 12.1
Xəbər lenti