DYP-dən valideynlərə “Son zəng”lə bağlı XƏBƏRDARLIQ

12-06-2022, 17:10
15 430
DYP-dən valideynlərə “Son zəng”lə bağlı XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilib:

"Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur".

"Bildirmək istəyirik ki, "Son zəng" tədbirləri ilə əlaqədər olaraq bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək. Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. "Son zəng" tədbirini son mənzilə çevirməyin!", - DYP rəsmisi vurğulayıb.

скачать dle 12.1
Xəbər lenti