İlham Əliyevin nə çox düşməni varmış?

15-11-2016, 18:06
0
İlham Əliyevin nə çox düşməni varmış?

Zümrüd Yağmur

Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş toplantı keçirilir.

Ölkə prezidenti orda çıxış edir…
Və çıxış başdan-başa tarixin təhrifi üzərində qurulub.
Bunu qoyaq bir yana… Deyək ki, olan şeydi… Necə olsa, bizi heyrətləndirəcək bir durum yoxdur ortada…
Amma vallah, İlham Əliyevin düşməninin bu qədər çox olduğunu düşünmək bir az çətin məsələ idi, onu da gördük.
Çıxışın sonunda gurultulu alqış edənlər, görəsən niyə İlham Əliyevə belə düşmən kəsilib axı? Sizi necə deyərlər, adam edib, böynunuza qalstuk, əyninizə kostyum geyindirib, hələ üstəlik hərənizə dədə malından qalıbmış kimi bir də vəzifə kürsüsü… Indi bu “yaxşlıqların” əvəzini beləmi qaytarırsınız?!
Tarixin təhrifi üzərinə qurulmuş bir çıxışı alqışlamaq nə demək?
Heç olmasa bir balaca yerinizdə vurnuxaydınız.
Yox,əgər deyirsinizsə ki, biizim yerimizdə vurnuxmağa belə cəsarətimiz çatmır, o boynumuza taxılan qalstuk, əynimizə geyindiyimiz bahalı kostyum, oturduğumuz kürsünün dərdinə keçmişik və danışa bilmirik, gəlin keçirin kəndiri boğazımıza…, bu ayrı məsələ…
Vallah, deməsəniz də, dilə gətirməsəniz də, böyük dərddir və adam bu dərdin böyüklüyünü düşünəndə tüklləri biz-biz olur…
Diz atıb əlini Allahıın dərgahına qaldırıb demək istəyir ki, Tanrım ” “kasıb cəsarətimi” mənə çox görmə… Məni o qalstuklu, kostyumlu, kürsülülərin gününə düşməkdən qoru…
Hətta tarixçi Yaqub Mahmudova görə adam ayrıca dua etmək istəyir. Adam tarixçi ola və belə bir çıxışı heyranlıqla dinlədiyini gözə soxmaq üçün bütün diqqətini kəsdirib otura…
Yox, mənim Yaqub Mahmudov tarixçidir, niyə bunlara göz yumur deyə böyük bir tələbdə bulunmaq kimi niyyətim yoxdur. Bu adam çoxdan alimlik zirvəsini tərk edib, o artıq olsa-olsa Milli Məclisə oğurluq mandatla seçilən deputatdır, vəssalam…
Amma adam illərini tarixi öyrənməyə sərf edib. Elmi iş yazıb ki, gəlib tarixin təhrifi üzərinə qurulmuş bir çıxışa bəh-bəhlə əl çalsın…
Adamın ürəyi ağrıyır vallah…
İtirilmiş iillər, arzular… Ən başlıcası da itirilmiş bir ömür, əvəzində də tarixin hansısa vərəqinin küncündə adının nəsə, heç ürək açmayan formada keçməsi…
Yazığa yazıq deməklə yazıqlıqdan çıxmayacaq. Hələ- hələ o yazıqlığı, ələbaxanlığı, əl öpməyi daha nələri- nələri özü seçəndə…
Nə deyə bilərik, özü yıxılan, ya da vəsifəyə yapışan ağlamaz…
Amma insafən elə yenə də ən doğrusunu sonda, öz çıxışında prezident dedi.
Tarix taxirdi və onu dəyişmək olmur…

 

 

скачать dle 12.1