Əfv və təşəkkür barədə qeydlər

6-05-2019, 18:31
13 738
Əfv və təşəkkür barədə qeydlər

Natiq Ədilov

Əfv fərmanı gözəldir. bəyəniləsi addımdır. Bu mübahisəsizidir. Günahsız insanların şərlənməsi, onlara işgəncə verilməsi, ömürlərinin oğrulanması, ailələrinə sitəm edilməsi və üstəlik bunların dövlət səviyyəsində təşkili pis, yaramaz, qəddar əməldir. O siyasi məhbusları yaradan bir başqası yox, bu rejimin özü olub. Məhz bu amilə görə siyasi məhbuslardan, onların ailələrindən dövlət başçısına təşəkkür gözləmək, ummaq yersizdir. Əksinə, bu adamlardan üzrxahlıq edilməli, ağlabata məbləğdə kompensasiya verilməlidir.

Daha sonra, biz müşahidə etdik ki, o biri illərdəki kimi hamının ikrahın doğuran “əfv ərizələrinin nümayişi”, əfv olanların məlum məzar önünə aparılması bu dəfə olmadır. Bu da yaxşı hadisədir. Əlbəttə, burda ilk səbəb əksər siyasi məhbusların iradəsi rol oynamışdır. Onlar əfv ərizəsi yazmaqdan imtina edib, məzar önünə, aztv kameraları qarşısına çıxmağa razı olmayıb. Hakimiyyət də bununla razılaşıbsa lap yaxşı.

Birincisi, çalışsınlar nəhayət ölkədə siyasi məhbus ənənəsinə son qoyulsun. Bu vərdişlərin tərgiə bilmirlərsə, o ikrah yaradan prosedurlardan imtina edilsin. Sağlam düşüncə qabiliyyəti onlara yad deyilsə, bunu etməlidilər. Fikir verin, mən şübhə etmirəm ki, Emin Milli bu rejimi qəbul etmir, Əliyevi diktator sayır. Onun yazdığı məlum statusu da mən təslimiyyətdən çox manevr kimi qiymətləndirdim, lakin buna baxmayaraq hətta onun yazdığı “təşəkkürnaməni” ictimaiyət qəzəblə qarşıladı. Demək, bu forma daha işə yaramır.

Fikrimizi qüvvətləndirmək üçün bir başqa nümunəyə baxaq: Qardaşım Murad Adilovun əfvlə azadlığa çıxmasına həsr etdiyim statuslara 2-3 min civarında reaksiyalar gəlib, təkcə fb-da. Bura youtube, instaqramı, votsapı əlavə etsək rəqəm daha yekə olar. Amma diqqət edin, bir çoxunun heç cəbhəçi, siyasətçi olmadığı bu adamlar da axı belə dövlət başçısına təşəkkürü gərək bilməyib. Tutaq ki, biz İlham Əliyevə qərəzliyik bəs bu sadə insanlar, onlar niyə təşəkkür etmir?! Demək, insanlar buna gərək duymur, özü də bu yanaşma qədirbilməzliyə görə yox, prosesə dəqiq qiymət qoyduqları üçündür.

Bəs təşəkkürü necə qazanmalı?
Bəndeyi-həqirin Əliyev rejiminin obrazının, imicinin qayğısına qalmaq kimi bir qayğısı yoxdur. Ona görə bu sualın cavabı maraqlıdırsa, onu özləri üçün fikirləşsinlər. Deyim ki, elə çətin sual da deyil.
Mənim bir narahatlığım var. Bəziləri təqdim edir ki, bu əfv analoqsuzdur, vətəndaş cəmiyyəti ilə, siyasi opponentlərlə barışıq təşəbbüsüdür. Mən inanmıram. Keçmiş pis təcrübə məni şəkkah edib. Axı kim də unudubsa biz unutmamışıq, ilk vaxtlarında Əliyev daha ağır cinayətlərdə ittiham olunan siyasətçiləri (onların arasında Heydər Əliyevə qarşı sui-qəsd hazırlamaqda. silahlı dövlət çevirilişi etmək istəyənlər, publik formada çox ağır təhqirləri hakim Əliyev ailəsinə yönəldilərlər vardı) əfvə salmışdı. O zaman da deyirdilər ki, bu yeni siyasətdir, ölkəyə humanizm gəlir və s. Amma sonra yağışdan çıxıb yağmura düşdük. Heç gələcəyi gözləmədən son əfv fərmanın analiz edəndə də bu qənayətə gəlmək olur.
Bir nəfər məntiqi izah verə bilərmi ki, bu “ağ inqilabı” edən rejim hansı əsasla, izahla Qarabağ qazisi olan siyasi məhbusları Babək Həsənovu, Asif Yusiflini, Əfqan Muxtarlını, Saleh Rüstəmlini siyahıdan kənarda qoydu?

Bəs cəzasının böyük hissəsin çəkən jurnalist Seymur Həzi, Fuad Əhmədli, Səid Dadaşbəyli, Mövsum Səmədov, Abgül Süleymanov çıxıb “islahatlara” hansı təhlükə yaradacaqdı ki. içəridə saxladılar? Yaxud, Tale Bağırzadə və onunla birgə tutulanları azad etməmək?
Odur ki, mən baş verənləri rejimin islah olunması konteksində optimistcəsinə şərh edənlərin fikirin paylaşmıram. Təki, bizi bu yöndə peşiman etsinlər, necə deyərlər islah olunmaların real həyatda ardıcıl nümayiş etdirməklə, azad ədalətli seçki-siyasi mühut yaratmaqla sübut etsinlər.

Dəqiq bildiuyim bir şey var: 19 yanvar mitinqi və ondan sonra yaranan aktiv ictimai-siyasi mühütün doğurduğu pozitivizm. Bilək, qəbul dək ki, fəal vətəndaş mövqeyi, akstiv siyasi hərəkatlar, ictimai nəzarət olmadan olmasa ən yaxşı siyasi sistem korrupsiyaya, qəddarlığa, əzazliliyə yuvarlanmağa məhkumdur. Ölkədə xoş istiqamətə dəyişiklik etmək istəyiriksə siyasiləşməliyik. Vəssalam.

скачать dle 12.1