Siyasi partiyalar haqqında qanun layihəsi çox mürtəce sənəddir

22-11-2022, 19:24
1 235
Siyasi partiyalar haqqında qanun layihəsi çox mürtəce sənəddir

AXCP sədrinin müavini Seymur Həzi

“Siyasi Partiyalar haqqıda” qanun layihəsi “siyasi fəaliyyəti linç edən” sənəddir.
Bu layihə konkret şəkildə siyasi fəaliyyətə, ifadə azadlığına, Azərbaycan Respublikasının qoşulduğu konvensiyalara, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, xüsusilə Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyalar haqqında kriteriyalarına ziddir. Hüquqi baxımdan absurddur. Qanun layihəsində o qədər çox mürtəce müddəalar var ki, onun istənilən biri ilə siyasi partiyaların fəaliyyətinə xitam vermək olar. Sənəd bütövlükdə ifadə azadlığına qandal vuran maddələrlə zəngindir. Layihənin 4.7-ci maddəsində göstərilir ki, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir, Bu konkret ifadə azadlığına və siyasi fəaliyyətə zərbədir. Daha sonra yazılır ki, siyasi partiyanın bütöv xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. Siyasi patrtiya məhz xalqın adından danışmaq və xalqın öz siyasətinə uyğun hissəsini təmsil etmək üçün təsis edilir. Bu, Venesiya Komissiyasının standartlarına da cavab vermir. Çünki birbaşa ifadə azadlığına qarşı yönəlib. Yeni layihədə partiyanın üzvləri ilə bağlı tələb qoyulur və bu partiya üzərində icra strukturunun nəzarətini təmin edir. Söhbət ondan gedir ki, siyasi partiya üzvlərinin sayı beş minə qədər olmalıdır. Üzvlərinin sayı 4500 olan partiyalar tezliklə üzvlərinin sayını artırmasa bağlana bilər. Üstəlik, partiya üzvlərinin reyestri tələb edilir. Yəni siyasi partiyalar üzvləri barədə hökumətə məlumatlar təqdim etməlidir. Azərbaycanda belə avtoritar rejim şəraitində hansı müxalifət siyasi partiyası üzvlərinin siyahısını hökumətə təqdim edə bilər? Müxalif siyasi partiya bimir ki, üzvlərinin adının hökumətin əlinə keçməsi nə deməkdir? İndi bizdən tələb edirlər ki, üzvlərimizin siyahısını hökumətə təqdim edək ki, al üzvlərimizə divan tut, onlara işgəncə ver, təhdid et ki, partiadan uzaqlaşsın. Sənədin 7.1 maddəsi də (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlayır) siyasi fəaliyyətin məhdudlaşırılmasına yönəlib. Siyasi partiya ona görə qurulur ki, icazə almadan danışa bilsin. Siyasi partiya indiki hökumətin alternatividir. O, danışmaq üçün hökumətdən icazə almır. Onun üzərində heç bir icra hakimiyyətinin nəzarəti ola bilməz. Siyasi partiyanın fəaliyyətinə nəzarət bu qurumu Prezident Administrasiyasının bir hissəsi kimi görməkdir. Siaysi partiyalar yalnız qurultayı və ədalətli məhkəmə qarşısında cavabdehdir. Siyasi partiyanın qeydiyyatını da icra hakimiyyəti deyil, yalnız ədalətli məhkəmə ləğv edə bilər. Burada yalnız ədalətli məhkəmədən söhbət gedə bilər. Çünki, Azərbaycanda məhkəmələr siyasi partiyaların üzvlərini, sədrlərini ədalətsiz olaraq illərlə həbsə göndərir.
Layihədə partiyanın qurultayı ilə bağlı tələblər var. Partiyanın qurultayının fəaliyyətini qurultayın iştirakçıları müəyyən edir. Yəni layihdə partiyanın “fəaliyyət sxemi” çəkilib. Seçkili orqanları ilə bağlı isə ümumiyyətlə müddəa yoxdur. Qanun layihəsi göstərir ki, siyasi partiya icra strukturnun dediyi kimi fəsaliyyət göstərməlidir. Keçid müddəalarında göstərilir ki, qanun qəbul edildikdən sonra əvvəlcədən qeydiyyatı olan partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 nəfərə çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edir. Bu onu göstərir ki, qanun layihəsi faktiki fəaliyyət göstərən müxalif siyasi partiyaları sıradan çıxaramaq üçündür. Burada iki yol nəzərdə tutublar. Müxalifətdə olan siyasi partiya reyestrə 5000 nəfər üzvlərinin siyahsını təqdim edə bilmədikdə və ya etmədikdə fəaliyyəti bitir. Bir də hansısa siyasi partiya bu siyahını tam təqdim edirsə təzyiq yolu ilə üzvlərindən azı 500 nəfərini partiyadan imtina ərziəsi yazdırmaq elə çətin deyil. Bununla da müxalif siyasi partiyanın qeydiyyatı ləğv ediləcək. Yəni faktiki olaraq ölkədə nəzarətdə olmayan siyasi fəaliyyət ləğv edilir.

скачать dle 12.1