Dərviş babamızın Parisdən zəngi

23-01-2023, 15:38
1 751
Dərviş babamızın Parisdən zəngi

Və ya Annanın siğə xəbəri

Şirin-şirin yatmışdım. Gecə saat neçəydi, deyə bilmərəm, bir də gördüm telefonum zırhazır zəng çalır. İstədim telefonu bağlayıb, atam bir kənara. Axı bu vaxt adama zəng eliyərlər? Sonra yarıyuxulu qərara gəldim ki, açıb, kimdisə bir-iki kəlmə söz deyim. Açanda telefonun o başında kimin səsin eşitsəm yaxşıdı? Əvvəlcədən oxucularımdan üzr istəyirəm ki, zəng vuran köhnə kişinin dediklərini korrektəsiz vermək məcburiyyətindəyəm. Yoxsa onun dediklərini başa düşmək müşkül olardı.
Sən demə gecənin bu vaxtı mənim yuxuma haram, yox e...halallıq qatan Dərviş babamız Məstəli şah imiş. Yaxşı ki, telefonu açan kimi gözümü yumub ağzımı açmadım. Dərviş babamız Parisdən zəng eləmişdi. Əvvəl-əvvəl bir az incik danışdı. Dedi ki, İranı gül kimi dağıdırdım, altını üstünə çevirməyə bir şey qalmamışdı. O qədər firənglərdən dad döyüb “hardasan ay Dərviş babamız” dediniz ki, məcbur olub Əlixaları, Vəlixaları da yığıb özümü yetirdim Parijə. Burda əməlli-başlı iş qurmuşam, Əlixalar, Vəlixalar tezliklə firənglərin başçılarını da, burdakı hay bacılarını da abıra salacaqlar. Amma bir xəbər eşidib İranı mollaların umuduna qoyub Parijə gəlməyimə çox peşman olmuşam. Dərviş babamız dil-qəfəsə qoymadan danışsa da, istədim sözünü kəsib bir-iki kəlmə də mən deyəm. İmkan vermədi. Gördüm ki, yox, kişi əməlli-başlı əsəbləşib. Telefonda hiss edirdim ki, bir yerdə dayanmayıb, əsəbindən var-gəl eliyə-eliyə danışır. Ona görə heç nə demədim, telefonun səsini açıb qoydum yastığımın üstünə. Dirsəklənib sakitcə dərviş babamızın dediklərinə qulaq asdım. Dedikləri də elə-belə söhbət ha deyil! Xülasə, Dərviş babamız İrandan Parisə yola düşəndən bir-iki gün keçməmiş hayların baş hərəmi Anna Akopyanın İrana səfər etməsindən az qala dəli olmuşdu. Görün nələr dedi: “ Bu adlarını müsəlman qoyan Xomeneyi də, Raisi də Annadan xoşlanırdılar, bunu bilirdim. Onu da bilirəm ki, erməni keşişləri axçilərə plan qoyublar ki, hər axçi azı iki türkdən döl tutmalıdı. Ona görə də Xomeneyinin də, Raisinin də Annaya gözləri düşdüyünü bilən Paşikdi, Pişikdi, nədi, deyib xanımına ki, imkandı, keşişlərimizin qoyduğu planı doldurmaq üçün qaç İrana, hərəsindən bir döl tut, planı doldur, qocalırsan, bir-iki ildən sonra mümkün olmayacaq, o plan da qalacaq boynunda. Annanın da ürəyindən olur. Paşikin başı çox qarışıqdı axı, Annaya vaxt ayıra bilmir. Nə isə, burası məni maraqlandırmır. Əsas məni maraqlandıran orasıdır ki, keşişləri bunlara türkdən döl tutmağı tapşırıb, türkə xəyanət edən türk əsillilərdən yox ki! Əvvəl-əvvəl Annanı aparırlar məscidi-şərifə. Oranı murdarlayandan sonra gətirirlər ki, Xomeneyi onun Raisiyə siğəsini oxusun. Axı müsəlman adətinə görə siğəsiz olmaz belə işlər. Xomeneyi də eləmir tənbəllik, siğəni özünə oxuyur, sonra da deyir ki, İbrahim, sən get, bir il gözlə, indi mənim siğəmdədi, qoy bir il keçsin, sonra mən siğəni geri oxuyub, sənə siğə eliyərəm. Raisinin də ağzı nədi Xomeneyi həzrətləri dediyini eləməsin? Suyu süzülə-süzülə qayıdır iqamətgahına. Yanlarında olmamışam, amma aldığım təkzibolunmaz məlumata görə elə birinci gecədən Anna döl məsələsin həll edib. Gecəykən də Nikola muştuluq xəbərini göndərib ki, gözün aydın, biri hazırdı! İndi olub, olub də... Neyniyək, Şeyx Sənan da, Əli də, Kərəm də bu haylara döl vermək istəyirdilər. Hələ adlarını bilmədiyimiz milyonlarla türk döl verə-verə bu hayları meymunluqdan çıxarıb adama oxşadıblar. Üzdən adama oxşasalar da, içləri elə meymundur ki, qalıb. Onu-bunu təqlid eləmək istiyirlər, kim yem verirsə ona ağa deyirlər, yəni meymuna xas bütün xüsusiyyətləri analarının südü, qanı ilə davam etdirirlər. İndi bu Xomeneyinin, Raisinin qanlarında türk qanı axsa da, türkə qənim kəsiliblərsə, yəni şərəflərini ayaq altına atıblarsa, onların dölü də belə olacaq axı... Bilmirəm, Raisi, ya Xomeneyi onu sığallayanda (...) Annanın can-ciyərlərinin müsəlman məscidində donuz saxlamalarını yadlarına saldılar, ya yox! Hə, bir də onu xəbər elədilər ki, bir gün sonra Raisinin tapşırığı ilə onun baş mühafizəçisi Xomeneyidən xəbərsiz, gizlicə Annanı aparıblar prezidentin gizli iqamətgahına. Orada nə olduğu barədə bir söz demədilər. Amma bilirəm ki, Raisi üçün islam qaydası-flan boş şeydi, Annanın da Xomeneyiyə siğə olmasını heç vecinə də almayıb. Sözsüz ki, nəsə olub...” Bunları deyib qurtarandan sonra Dərviş babamız bir az nəfəs dərdi. Sonra davam elədi;”İndi bilmirəm neyniyim. Orda işimi yarım qoyub gəldim firənglərnən hesablaşmağa, indi də İranda belə-belə oyunlar çıxardırlar.” Mən də Dərviş babamıza ağzımı açıb nəsə demək istədim. Amma birdən ayıldım. Ayılanda anladım ki, bunların hamısı yuxu imiş...
Amma yuxu olsa da, maraqlı yuxudu, deyilmi?

Təhmasib Novruzov

скачать dle 12.1