Paşinyan Vardanyanın ağzından “vurdu”, amma...

13-01-2023, 15:40
1 671
Paşinyan Vardanyanın ağzından “vurdu”, amma...

 

Bugünlərdə Qarabağın cinayətkar rejimi ilə Ermənistan arasında telemarafon keçirilib və mövzu demək olar ki, bütövlükdə Qarabağa, eləcə də Laçın yolu üzərində keçirilən ekoaksiyaya, erməni tərəfinin təbirincə desək, “blokadaya” hərs olunub. Və bir daha sübut olunub ki, Qarabağdakı quldur rejimin “rəhbərliyi” özlərinin siyasi, hətta mümkün fiziki ölüm saatlarını tezləşdirməkdə israrlıdırlar. Necə deyərlər, onların hər addımı Azərbaycanın diqqətindədir, izlənilir və eyni zamanda, ağızlarından çıxan istənilən əleyhimizə olan fikirlər də “dəftərə” yazılır...

Telemarafon zamanı şəxsinə suallar ünvanlanan dövrünün siyasi dələduzu, milyarder Ruben Vardanyan suallara cavabları fonunda bir daha özünün absurd bəyanatları ilə diqqət çəkib. Misal üçün, “Biz Bakı ilə dialoqa hazırıq, amma təslim olmaqla deyil, həmin şətrlərlə ki, dialoq qonşular arasında olduğu kimi baş tutmalıdır”, deyən Vardanyan bir daha özünün Kremlin desantı olduğunu digər ifadəsi ilə isbatlayaraq bildirib ki, onların – yəni qarabağlı separatçı rejimin Rusiyadan daha fəal gözləntiləri var. Daha dəqiq desək, Laçın yolundakı ekoaksiyanın dayandırılması və s. Vardanyan Rusiyanın məlum dairələrinin adamı olduğunu başqa səmtdən də etiraf edib. O bildirib ki, əgər ermənilər rusiyalı sülhməramlıları tənqid edirlərsə bu zaman Azərbaycana kömək etmiş olurlar. Belə ki, Azərbaycan onların regionu tezliklə tərk etmələri marağındadır.

Fəqət, Ruben Vardanyanın ən çox diqqətçəkən fikri onun təxribat xarakterli digər fikridir. SİTAT: “Bizim qarşımızda üç yol var: ya Azərbaycanın qanunlarına tabe olmaq və Azərbaycan vətəndaşları kimi yaşamaq, ya köçüb-getmək, ya da bu mübarizədə qələbə qazanmaq”.

Təbii ki, bu dələduz milyarder bir həqiqəti də unudub ki, onun Qarabağda yaşayan sadə ermənilərdən fərqli olaraq iki yolu var – ya hər hansı yolla aradan çıxmaq (Laçın yolu bilavasitə onun və əlbəttə ki, digər separatçı-quldurlar üçün bağlıdır), ya da həyatı ilə vidalaşmaq!

Və Vardanyanın Ermənistandakı hakimiyyətlə qarşıdurmaya getməsinin əsas səbəbi onun növbəti fikirləri ilə isbatlanmış olur. SİTAT: “Biz öz torpaqlarımızda yaşamaq haqqımız uğrunda mübarizə aparırıq ki, bu da Ermənistanın rəsmi mövqeyindən fərqlənir”.

Söz yox ki, Vardanyanın həmin fikirləri yuxarıda da qeyd olunduğu kimi, Azərbaycanın müvafiq dairələri və güc mərkəzləri tərəfindən qeydə alınır. Amma gəlin görək, onun Ermənistan barədə dediklərinə hansı reaksiyalar göstərilib?

Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçılara xitabən deyib ki, onlar bu kimi bəyanatları verməkdən çəkinməlidirlər, çünki həmin bəyanatlar situasiyanı daha da çətinləşdirir. “İlk olaraq situasiyanı daha çıxılmaz vəziyyətə siyasi bəyanatlardan çəkinmək lazımdır”, deyən Paşinyan Vardanyan və onun timsalındakı digər separatçıları “situasiyanı faktlar əsasında qiymətləndirməyə” çağırıb.

Ancaq son olaraq biz belə bir nəticəyə gələ bilərik ki, istər Qarabağdakı cinayətkar rejimin, istərsə də Ermənistan rəhbərliyinin nə demələrindən, hansı mövqedən çıxış etmələrindən asılı olmayaraq Azərbaycan öz yolunda qətiyyətlə addımlayır və o cümlədən, nəyin necə və nə vaxt ediləcəyini də bilavasitə Prezidentimiz daha yaxşı bilir. Ona görə də proseslərin məhz Azərbaycan xalqının və dövlətinin xeyrinə başa çatacağını bəri başdan deyə bilərik. Məhz Azərbaycan əsgərinin nişangahı bəlli yeri hədəfə alıb – həmin hədəf(lər) isə istənilən anda vertikal vəziyyətdən horizontal vəziyyətə salına bilər. Hər halda vaxt da, hadisələr də səmərəmizə doğru sürətlə (!) irəliləməkdədir.

 

скачать dle 12.1