Həbs müddəti uzadıldı...

30-01-2023, 10:56
2 029
Həbs müddəti uzadıldı...

Siyasi fəal Bəxtiyar Hacıyevin oğurlanması və döyülməsi pislənilir, Azərbaycan hökumətini təqiblərə son qoymalıdır.

İctimai fəal Bəxtiyar Hacıyevin CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunub.

Bəxtiyar Hacıyevi daxili işlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarını silməsinin tələb edilməsi, bütün baş verən hadisələrin kameraya çəkilərək, çəkilişlərin yayılması hədəsi ilə Vilayət Eyvazovun barəsində bir daha tənqidi postlar yazmamasının tələb edilməsi Azərbaycanda insan hüquqlarına dair vəziyyətin getdikcə ağırlaşdığını təsdiq edir”.

Azərbaycan hökuməti siyasi rəqiblərini və ictimai fəalları daha amansızlıqla təqib edir. Bu məqsədlə hökumət siyasi fəalların oğurlanmasından, uzun müddət girov saxlanılmasından, bu müddətdə işgəncəyə məruz qoyulmasından və ən əsası bütün bu qanunsuz hərəkətlərini görüntülənərək yayımlamaqdan çəkinmir.

“Təəssüflə qeyd edirəm ki, Azərbaycan hökuməti ictimai fəallara qarşı kriminal hərəkətlər törədərkən cəmiyyətdə yaranan narazılıqlara məhəl qoymur. Son günlər hökümət orqanları, xüsusilə Daxili İşlər Nazirliyinin tabe qurumları ictimai fəallara fiziki zor tətbiq edilməsini intensivləşdirib. Belə vəziyyət, vətəndaşlarda qorxu hissi yaratmağa hesablanıb. Hökumət onu tənqid edənləri, siyasi fəalları dərhal hədəfə çevirir və bu zaman onlara fiziki zor tətbiq etməkdən çəkinmir. 

Hökumət orqnlarının Bəxtiyar Hacıyevin iyrəc üsullarla susdurulmasına çalışması Azərbaycan hökumətinin beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəliklərə ziddir, həmçinin belə zorakılıqlar əslində beynəlxalq təşkilatlara meydan oxumaq məqsədi güdür.

Beynəlxal təşkilatlar, Azərbaycanda insan hüquqlarının pozulması faktlarını geniş araşdırmalı, zəruri hallarda hökumətə sanksiyalar tətbiq etməlidir. Belə ki, Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Avropa Şurası qarşısında insan hüquqlarının qorunması barədə öhdəliklər götürüb. Əgər Azərbaycan hökuməti öhdəliklərini pozursa, bu halda beynəlxalq təşkilatlar Azərbaycanla bağlı münasibətlərinə yenidən baxmalıdır.

Zərifə Acalova

скачать dle 12.1