Bakıda 17 yaşlı oğlan atasını bıçaqla öldürdü

6-10-2016, 19:25
0
Bakıda 17 yaşlı oğlan atasını bıçaqla öldürdü

Bakıda qətl törədilib. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşayan, 17 yaşlı Kənan Qulu oğlu Qasımov atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən K. Qasımovu dayısı polisə təslim edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

скачать dle 12.1
Xəbər lenti