Zərdab məktəbində rusvayçı hadisə Yenilənib

16-11-2016, 17:17
0
Zərdab məktəbində rusvayçı hadisə Yenilənib

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunan direktoru Ceyhun Tofiqli hazırda dindirilir.

Bu haqda Zərdab rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, saxlanılan şəxsə hələlik cinayət işi açılmayıb:

“Hazırda müstəntiq Emil Qurbanov onun dindirilməsilə məşğuldur. Cinayət işi açılıb-açılmayacağı barədə məlumat bir qədər sonra veriləcək”.

Qeyd edək ki, noyabrın 15-də yayılan xəbərlərdə məktəb direktoru şagirdə təcavüz etməkdə ittiham olunub. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və saxlanıldığı qeyd edilib.

Təhsil Nazirliyindən verilən rəsmi açıqlamada bildirilib ki, şagird Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilib və heç bir təcavüz halının olmadığı müəyyən edilib. (Modern.az)

***
Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin zorladığı deyilən məktəblinin atası Rəmzi Abduləliyev olayla bağlı açıqlama verib.
Onun sözlərinə görə, hadisə noyabr ayının 14-ü gecə saat 02 radələrində baş verib: “Mən qızın anası ilə 1999-cu ildə boşanmışıq, qızım anası ilə birlikdə yaşayır. Hadisə barədə dünən keçmiş həyat yoldaşım mənə danışdı.
Ceyhun qızın anasının nömrəsinə zəng edib, qızım telefonu açıb. Deyib ki, sən yaxşı oxuduğun üçün məktəb sənə hədiyyə, kitab göndərib. Qız həyətə düşüb ki, müəllimindən kitabı alsın, həmin vaxt direktor onu zorlamaq istəyib. Qızın qışqırtısına anası yuxudan oyanıb, şillə-qapaz vurub, Ceyhun qaçıb.
Ayaqqabısının bir tayı, telefonu düşüb, həyətdə qalıb. Anası deyir ki, 5 dəqiqə gec getsəydim, qızın həyatını da korlaya bilərdi”.
Qızın atası deyir ki, hadisə olan vaxt polisə müraciət olunub: “Qızım qorxusundan qaçıb, evin altında gizlənib. Hazırda polis şöbəsindədir. O məktəbdə mənim bir oğlum da oxuyur, bundan sonra o məktəbə necə uşaq göndərmək olar ki? Təhsil Nazirliyinin təyin etdiyi bir insanın bu cür iş  görəcəyini bilməzdik”.
Rəmzi Abduləliyev qeyd edib ki, qızı 9-cu sinifdə oxuyur, universitetə hazırlaşdığı üçün bir neçə fəndən hazırlığa gedir: “Elə tarix fənnindən də Ceyhun müəllim hazırlaşdırırdı”.
Qeyd edək ki, bəzi saytlarda yayılan məlumata  görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərindən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.
Ceyhun Tofiqli haqqında cinayət işi başladılıb və iş Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Zərdab Rayon Polis Şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab Rayon Prokurorluğuna göndərilib. (teleqraf.org)

***

Zərdab rayonun Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin şagirdini zorlaması ilə bağlı yayılan məlumatın maraqlı təfərrüatları məlum olub.

Şahhüseynli kənd sakinlərinin verdiyi məlumata görə, direktorla şagirdi arasında zorlama olmayıb:

“Ceyhun Tofiqli direktor deyil. Əslində, direktor əvəzidir. Qızın anası onları sadəcə söhbət edən yerdə tutub. Elə həmin anda da gedib olanlarla bağlı polisə şikayət edib. Polis də gəlib direktoru aparıb. Sonra şagirdi tibbi ekspertizadan keçiriblər. Məlum olub ki, onların arasında cinsi yaxınlıq olmayıb”.

Sakinlərin sözlərinə görə, direktor həbs olunan gün şagirdi ilə bir yerdə rayonda olublar:

“Zərdabda bir yerdə olub, qayıdıblar kəndə. Qız 11-ci sinifdə oxuyur. Direktor ailəlidir, gözəl yoldaşı və iki uşağı var. Elə həmin kəntdə yaşayır”.

Zərdab rayon İcra Hakimiyyəti Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin şagirdini zorlaması hadisəsinə münasibət açıqlayıb.

İcra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova açıqlamasında belə hadisənin baş verdiyindən məlumatlı olduğunu dedi:

“Hadisədən xəbərdarıq. Bilirik ki, belə bir narahatlıq baş verib, amma hadisə hansı formada olduğunu mən onu dəqiq bilmirəm”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev isə məsələdən xəbərsiz olduğunu dedi.

Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli həbs edilib. O, şagirdini zorlamaqda ittiham olunub.

скачать dle 12.1
Xəbər lenti