Bakıda usta işlədiyi evin sahibini qətlə yetirib

23-01-2017, 17:23
0
Bakıda usta işlədiyi evin sahibini qətlə yetirib

Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib. E. Babayev könüllü olaraq 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

скачать dle 12.1
Xəbər lenti