Bıçağa əl atan Azərbaycan çempionu məhkəmə qarşısına çıxarılır

24-01-2023, 16:37
6 654
Bıçağa əl atan Azərbaycan çempionu məhkəmə qarşısına çıxarılır

Azərbaycan yığmasının üzvü, I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu Elman Muxtarov məhkəmə qarşısına çıxarılır. Hazırda həbsdə olan çempionun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbirə Məmmədzadənin icraatındadır. Məhkəmənin hazırlıq iclası fevralın 1-nə təyin edilib.

İstintaq yolu ilə müəyyən edib ki, Elman Muxtarov ötən il paytaxtda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir müddət sonra həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu yumruqla vuraraq bədən xəsarətləri yetirib. Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra tutulub və ona qarşı Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham irəli sürülüb. Elman Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib.

Qeyd edək ki, E.Muxtarov sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

скачать dle 12.1
Xəbər lenti