ABŞ-da dünyanın ən qoca akvarium balığı ölüb

8-02-2017, 17:12
0
ABŞ-da dünyanın ən qoca akvarium balığı ölüb
ABŞ-ın Çikaqo ştatındakı okeanariumda dünyanın ən qoca akvarium balığı ölüb.
Bu barədə “Sky News” xəbər verib.
Məlumata görə, “Granddad” (Baba) ləqəbli balığın 90-dan çox yaşı varmış. On bir kiloqramlıq balığın ötən həftə iştahı pozulub. Mütəxəssislər onu müayinə etdikdən sonra heyvanın daxili orqanlarının yaxşı fəaliyyət göstərmədiyini bildiriblər. İdarənin əməkdaşları əmindirlər ki, onun 100-ə yaxın yaşı varmış.
Qeyd edək ki, dünyanın ən qoca akvarium balığı 1933-cü ildə Avstraliyadan ABŞ-a gətirilib. Həmin vaxt ona 100 milyondan çox insan tamaşa edib.
скачать dle 12.1
Xəbər lenti