Çində 100 ton süd verəcək inək cinsi yaradılır

4-02-2023, 11:32
7 083
Çində 100 ton süd verəcək inək cinsi yaradılır

Çin dövlət mediasının məlumatına görə, Ninxia Hui Muxtar Bölgəsinin alimləri üç “holşteyn friz” inəyini klonlaşdırıblar.

Xarici mediaya istinadən xəbər verir ki, araşdırmanı həyata keçirən Northwest A&F Universitetindən verilən açıqlamada ilk buzovun doğuşda 56,7 kiloqram çəki, 76 santimetr boy və 113 santimetr uzunluq ilə klonlaşdırıldığı qeyd edilib.

Çinli elm adamları buzovların yetkinlik dövründə ildə 18 ton, ömrü boyu isə 100 tondan çox süd istehsal edəcəyini bildiriblər.

Alimlər normal inəkdən iki dəfə çox süd verən mindən çox super inək sürüsü yaratmaq üçün işə başladıqlarını da açıqlayıblar.

скачать dle 12.1
Xəbər lenti