“Simpsonlar” cizgi filmində Kahramanmaraş zəlzələsindən bəhs olunub? - VİDEO

11-02-2023, 16:17
6 414
“Simpsonlar” cizgi filmində Kahramanmaraş zəlzələsindən bəhs olunub? - VİDEO

Amerikanın məşhur “Simpsonlar” çizgi filmində Kahramanmaraş zəlzələsi haqda əvvəlcədən məlumat verildiyi haqda iddialar yayılıb. Belə ki, çizgi filmin "Mobil Homer" adlı 13-cü bölümündə Kahramanmaraş adı çəkilir. Bölümdə Bart və Lisa Simpson nəqliyyat vasitələrini idarə edərkən qəza keçirərək gəminin üzərinə yıxılıblar.

Gəminin Türkiyə bayraqlı olduğu görünür. Gəminin kapitanı “Kuzeyde bir yer” serialının DVD-lərini Kahramanmaraşa çatdırmalı olduğunu bildirir. Lakin sözügedən epizodda zəlzələ və yardımla bağlı heç bir dialoq yoxdur.

“Simpsonlar”ın kəhanətləri

Əksəriyyət “Simpsonlar” (“The Simpsons”) cizgi filmini biriləri tərəfindən gələcəkdə həyata keçiriləcək planlarının subliminal mesajı kimi qəbul edir. Onun hər bölümü efirə çıxan gündən böyük səs-küyə, müzakirələrə səbəb olub.

Çizgi filmin “öngörülən” bəzi bölümləri haqda

the-simpsons-kahramanmaras-bolum.jpg (74 KB)

Cizgi filminin 1994-cü ildə yayımlanan dördüncü sezonunun altıncı bölümündə, bir səhnədə bilbordun üzərində “İtchy” kamera ilə “Scratchy”nin başına vurur və qan ətrafa fışqırır. Bu səhnə daha sonra çəkilmiş “Kill Bill” filmində də səhnələşdirilmişdir.

1994-cü ildə yayımlanan başqa bir bölümündə aşpaz qadının at ətindən istifadə etdiyi və bunun böyük skandala səbəb olduğu göstərilir. 2013-cü ildə İngiltərədə baş verən at əti skandalı böyük əks-səda yaratmışdı.

1998-ci ildə yayımlanan bir bölümdə bağbanlıq edən simulyatorda oyun oynayan Bartın yer aldığı səhnə, əslində 2009-cu ildə məşhurlaşan “Farm Ville” oyununun birəbir özü idi.

Cizgi filminin 1995-ci ildə yayımlanan altıncı sezon, doqquzuncu bölümündə ağıllı telefonlar öncə görülmüşdü. O zaman sadəcə röya olan ağıllı telefonlar, “Simpsonlar”da yer almışdı.

1993-cü ildə yayımlanan beşinci sezonun onuncu bölümündə bir ağ pələngin sirkdə sehrbazların üzərinə atılıb parçalaması səhnələri yer alır. Belə bir hadisə 2003-cü ildə reallığa çevrilir.

1995-ci ildə yayımlanan “Lizanın toyu” bölümündə canlı görüntülü danışmaq səhnəsi yer alır ki, bu da illər sonra, indi hər birimizin tez-tez istifadə etdiyi görüntülü söhbətdir.

63e201f7133cee103f08c8ac.jpg (30 KB)

Daha bir maraqlı məqam filmin 2014-cü ildə yayımlanan iyirmi beşinci sezon, on altıncı bölümündə yer alır. Belə ki, filmdə FİFA-nın o vaxtkı prezidentinin köməkçisi olmuş Cek Uorner cibindən FİFA jurnalı çıxarır və jurnalın üz qabığında “futbol skandalı” yazısı görünür. Bir il sonra isə FTB (FBİ) onu 2010-cu il Dünya Çempionatının Cənubi Afrika Respublikasında keçirilməsi müqabilində 1 milyon dollar rüşvət alması iddiası ilə günahkar bilərək həbs edir.

Başqa bir maraqlı bölüm isə 2001-ci ildə yayımlanan on ikinci sezonun on dördüncü bölümüdür. Burada Simpsonlar ailəsi TV izləyir və TV-də dörd hərbi təyyarə göstərilir. Təyyarələrdən atılan bombaların düşdüyü ərazidə olan avtomobillərin birinin üzərində Suriya bayrağı təsvir olunur. Bundan 13 il sonra isə Suriyada məlum vətəndaş müharibəsi başlayır.

2008-ci ildə yayımlanan bir bölümdə Homer səsvermə kabinetində Obamaya səs verir, lakin səslər Con Mak-Keynə (John Mc Cain) gedir. Buna bənzər hadisə 2012-ci il seçimlərində baş vermişdi. Belə ki, Pensilvaniyada Obamaya verilən səslər qəribə bir şəkildə Mit Romninin (Mitt Romney) hesabına yazılmışdı.

Ən maraqlı bölümlərdən biri də Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı olan bölümlərdir. Belə ki, 2000-ci ildə yayımlanan bölümdə Homer pilləkəndən sürüşüb Trampın başına düşür və onun saçları arasında itir. O, burada bir çox plakatlarla, o cümlədən, seçim illərini (məsələn, 2016-cı il) göstərən plakatlarla qarşılaşır. Bundan başqa, digər bölümlərdə Trampın prezident seçilməsi, hətta ondan sonra bir qadının bu kürsüdə oturacağı ön görülür.

Həmçinin Tramp tərəfdarlarının Vaşinqtondakı Konqresə basqın edilən hadisə zamanı başında dəbilqə olan çılpaq nümayişçi ilə Simpsonlardakı “qubernator” yazısı ilə dəbilqə taxan kişinin görüntüsü yan-yana qoyulur.

Çizgi filminin 11-ci sezonu 17-ci bölümü olan “Bart of the Future” 19 mart 2000-ci ildə ABŞ-da Fox şəbəkəsində yayımlanan Lisa Simpsonu ABŞ-ın başçısı olaraq canlandırır. Bu bölümdə Lisa boynuna ağ inci olan bənövşəyi kostyum geyinir. Andiçmə mərasimində Harris də tam buna bənzər bir kombin geyinib.

“The Simpsons” filminin daimi izləyiciləri cizgi komediyasında korona virusunun illər əvvəl çəkildiyini düşünürlər. 1993-cü ildə yayımlanan serialın bir hissəsində Yaponiyadan yayılan Osaka qripi adlı virusdan bəhs edilir.

скачать dle 12.1
Xəbər lenti