Facebook BMT qaçqın düşərgələrini internetlə təmin edəcək

29-09-2015, 01:41
0
Facebook BMT qaçqın düşərgələrini internetlə təmin edəcək

Mark Zuckerberg BMT düşərgələrinə internet çəkəcək
Dünyanın ən geniş yayılmış sosial şəbəkəsi Facebook-un təsisçisi Mark Zuckerberg rəhbərlik etdiyi şirkətin BMT qaçqın düşərgələrinə internet xətti çəkmək planları barədə xəbər verib.
Bunun üçün Facebook BMT-nin qaçqınlarla iş üzrə komissarı ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
Nyu Yorkda çıxış edən Mark Zuckerberg qeyd edib ki, qaçqınların düşərgəsinə internetin çəkilməsi onlara doğmaları ilə əlaqə qurmaq və qohumlarını axtarıb tapmaq imkanı vercək.
Facebook təsisçisinin sözlərinə əsasən, bu plan yaxın 5 il ərzində Yer kürəsi sakinlərini internetlə təmin edilməsi proqramının tərkib hissəsidir.
Bu proqram isə, öz növbəsində, BMT-ə yoxsulluqla mübarizə işində kömək etməlidir.
Hazırda dünyada 3 milyarda yaxın insanın inrtrenetə çıxışı var, başlanan kampaniya qalan 4 milyard əhalinin də internetə çıxışını təmin etmək məqsədini güdür.

скачать dle 12.1
Xəbər lenti