“Facebook” offlayn rejimdə də işləyəcək - YENİLİK

13-12-2015, 18:42
0
“Facebook” offlayn rejimdə də işləyəcək - YENİLİK
ABŞ-ın “Facebook” sosial şəbəkəsinin tərtibatçıları yeni offlayn rejimi fəaliyyətə buraxır.
 
Bu barədə korporasiyanın rəsmi bloqunda məlumat dərc edilib.
 
Yeniliyin əsas üstünlüyü ondan ibarətdir ki, bu rejim sayəsində hətta internetə pis qoşulma zamanı xəbər lentini izləmək mümkün olacaq. Yəni istifadəçi internet olmadan belə şəkil yükləmək və xəbərləri izləmək imkanında olacaq. Qoşulma bərpa edildikdən sonra isə onun əvvəl etdiyi əməliyyatlar avtomatik olaraq yüklənəcək.
 
Yeniliyin daha bir üstünlüyü odur ki, burada bütün məlumatlar bölünəcək. Bununla yanaşı, proqram daha az həcmli fayları aşağı, digərlərini isə yuxarıdan istifadəçiyə göstərəcək.
 
“Facebook” sosial şəbəkəsinin qurucusu və rəhbəri Mark Zukerberq bildirib ki, yeni funksiya əsasən internetin keyfiyyəti zəif olan inkişafda olan ölkələr üçün hesablanıb.
 
Xatırladaq ki, “Facebook” korporasiyası peyk şəbəkəsi yaratmaqla Afrika ölkələrini yüksək keyfiyyətli internetlə tam olaraq təchiz etmək niyyətindədir. 
скачать dle 12.1
Xəbər lenti