"Facebook"un bu yeniliyi sevilməyəcək

17-12-2015, 14:13
0
"Facebook"un bu yeniliyi sevilməyəcək
Facebook daha bir yeniliyə imza atmağa hazırlaşır. Bir azdan heç kim saxta adlarla sosial şəbəkədə qeydiyyatdan keçə bilməyəcək. Təxəllüslərdən yalnız müstəsna hallarda istifadə etməyə icazə verəcək.
 
Facebook şirkəti öz siyasətində yenilik etməyə hazırlaşır.
 
Daha öncə bir necə dəfə şirkətə saxta adlara qadağa qoyulması ilə bağlı müraciətlər edilmişdi. Görünür, Facebook rəhbərliyi gələn şikayətlərdən nəticə çıxarıb. 
 
Şirkət çərşənbə günündən öz yeni sistemini yoxlamadan keçirməyə başlayıb. Yeni sistemə görə, istifadəçilər yalnız xüsusi hallar olduqda təxəllüslərdən istifadə edərək sosial şəbəkəyə daxil ola biləcəklər.
 
Facebook-un “əsl ad” siyasətinin tədbiqi ağır vəziyyətə düşən, məişət zorakılığına, təqiblərə məruz qalan, cəmiyyətdə təhqir edilən insanlara kömək niyyətilə tədbiq edilir. 
 
Lakin hələlik adların doğruluğunun hansı yolla müəyyən ediləcəyi ilə bağlı məlumat verilməyib. 
 
 
Kampaniya əmindir ki, öz əsl adlarını gizlətmək üçün istifadəçilərin heç bir xüsusi səbəbi yoxdur. Öz adlarından istifadə edən insanların sözü saxta adlarla daxil olan istifadəçilərin sözündən daha çox keçərli olur.
 
Məlumat üçün qeyd edək ki, Facebook-un idarəetmə heyəti saxta profil istifadə etdiyi üçün, Almaniya vətəndaşının profilini bağlayaraq, onun razılığı olmadan əsl adı ilə göstərib.
 
Facebook-un öz siyasətində etdiyi son dəyişikliklərdən biri də profil fotoları yerinə videoların tətbiqi ilə bağlıdır. 
 
скачать dle 12.1
Xəbər lenti