Şəki sakini həmyerlisini güllələdi

3-08-2016, 17:31
0
Şəki sakini həmyerlisini güllələdi

Şəki rayonunda silahlı insident qeydə alınıb. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, avqustun 1-də Şəki rayonun Aşağı Göynük kəndində rayon sakini İkram Kərimov xuliqanlıq zəminində pnevmatik tüfəngdən atəş açaraq həmyerlisi Rəhman Əlfətova ayaq nahiyəsindən xəsarət yetirib.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Kərimov tutulub, ondan müvafiq sənədləri olan “Striker” markalı pnevmatik tüfəng götürülüb.

Araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti