“Whatsapp” bu telefonlarda artıq çalışmayacaq!

6-03-2017, 17:59
7 697
“Whatsapp” bu telefonlarda artıq çalışmayacaq!

“Whatsapp” açıqladı yaxın tarixdən etibarən bəzi model telefonlarda heç bir şəkildə çalışmayacaq. Son tarix isə 30 iyun 2017-ci il.

Son dövrdə bir çox dəyişiklik həyata keçirən “Whatsapp” populyarlığı da xeyli artıb. Ancaq hər keçən gün əlavə olunan yeni özəlliklər bəzi cihazlarda problem yaşanmasına səbəb olur. Burda ən mühüm faktor həmin cihazların əməliyyat sistemlərinin köhnə olması. Ayrıca, belə cihazların təchizatları artıq “Whatsapp”ın tələblərinə cavab vermir.
“Whatsapp”ın rəsmi ofisindən edilən açıqlamaya görə artıq bəzi Android, IOS, Windows, BBOS və Symbian əməliyyat sistemini istifadə edən cihazlar 30 iyundan “Whatsapp” istifadə edə bilməyəcək.
“Whatsapp”ın işləməyəcəyi hmin telefonların tam siyahısı …
`Nokia S40
Nokia Symbian S60
Android 2.1
Android 2.2
Windows Phone 7. + 1
iPhone 3GS (iOS 6)
BlackBerry OS və BlackBerry 10.

Yəni bu əməliyyat sistemini istifadə edən telefonların heç birində göstərilən tarixdən sonra “Whatsapp” çalışmayacaq.

скачать dle 12.1
Xəbər lenti