Facebook-da bütün dünyanın gözlədiyi yenilik gəlir

16-09-2015, 19:16
0
Facebook-da bütün dünyanın gözlədiyi yenilik gəlir
Facebook sosial şəbəkəsinin banisi Mark Tsukerberq istifadəçilərlə növbəti ünsiyyət sessiyası zamanı “dislayk” düyməsini əlavə etmək barədə söz verib.
Bu barədə The Verge yazıb.
Uzun illərdir ki, Tsukerberq bu funksiyanın tətbiqindən imtina edirdi. O, istifadəçilərin “dislayk”dan istifadə etməklə, digərlərinə qarşı hörmətsizlik nümayiş etdirə biləcəyindən ehtiyatlanırdı.
Facebook rəhbərinin fikrinə görə, “dislayk” istifadəçilərin digərlərinin dərdini bölüşmək imkanına malik olmaları üçün tətbiq ediləcək. Tezliklə yeni funksiya test rejimində işə salınacaq.
скачать dle 12.1
Xəbər lenti