Hiss başqa qabiliyyətlərindən də danışdı: "Rəssam, modelyer..." - Müsahibə

5-02-2023, 15:00
4 832
Hiss başqa qabiliyyətlərindən də danışdı: "Rəssam, modelyer..." - Müsahibə

"Bəzi müğənnilər deyir ki, guya sevəndə daha gözəl ifa edirlər, bu, boş-boş danışıqlardır"

Hiss ləqəbi ilə tanınan müğənni Röya Məmmədova Musavat.com-un suallarını cavablandırıb.

20230205_143642.jpg (168 KB)

Müğənni ilk olaraq özünəməxsus imicindən söz açıb:

"Başqalarından fərqli olaraq, cəlbedici, seksual görünməyə çalışmıram. Sadəcə rahatlıq tərəfdarıyam".

- Nə vaxtsa imicinizi dəyişməyi düşünürsünüzmü?

- Hələ ki, belə rahatam. 30-40 yaşımdan sonra dəyişib-dəyişməyəcəyimi də indidən deyə bilmərəm. Amma ola bilər hansısa klipdə bu dəyişikliyi edim.

- Birdən-birə digər müğənnilərdən irəli çıxaraq, parladınız, populyarlaşdınız. Bu uğurun sirri nədədir?

- Bəli, parlamağım rahat oldu. Bunu şans da adlandırmaq olar. Əlbəttə ki, özüməməxsus xarakterim, istedadım, görünüşüm, enerjim uğur qazanmağıma təsir etdi. Amma ən əsası, şanslı müğənni, insanam.

- Peşəkar musiqi təhsili almaq fikriniz varmı?

- Xeyr. Düşünürəm ki, musiqi təhsilinə ehtiyacım yoxdur. Çünki işlədiyim tərz, iş mənə imkan verir ki, istedadımı ortaya qoya bilim.

- Bəs yeni musiqi işləyəndə kimdənsə məsləhət alırsınızmı?

- Xeyr, bütün qərarlarımı özüm verirəm. Yeni mahnım da ərsəyə gələndə ilk yanımda kimlər varsa, onlara dinlədirəm.

- Şəxsi həyatınızda baş verənlər mahnılarınıza sirayət edirmi?

- Məncə, yox. Bəzi müğənnilər deyir ki, guya sevəndə daha gözəl ifa edirlər, bu, boş-boş danışıqlardır. Şəxsən məndə belə düşüncə olmayıb. Daxilən çox hissiyyatlıyam, ona görə də heç nə yaşamasam belə, o hissləri mahnılarımda, səsimdə verə bilirəm.

- Musiqidən başqa hansı sahədə istedadınız var?

- Mənim digər istedadlarım da incəsənətlə bağlıdır. Məsələn, çox gözəl rəsm çəkirəm. Həmçinin dizaynerlik sahəsində çox gözəl istedadım, bacarığım var. Düşünürəm ki, bəlkə də müğənni olmasaydım, çox yaxşı modelyer olardım.

скачать dle 12.1
Xəbər lenti