Daha bir neçə məktəbə yeni direktorlar təyin edildi

19-11-2015, 16:31
0
Daha bir neçə məktəbə yeni direktorlar təyin edildi

Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan musiqi məktəblərində yeni təyinatlar həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan mədəniyyət və turizm nazirinin imzaladığı müvafiq əmrlərə uyğun olaraq, Nəzifə Arif qızı Əliyeva Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə, Vəfa Hidayət qızı Həziyeva Bakı şəhəri 34 nömrəli Uşaq Musiqi Məktəbinə, Şakir Qədir oğlu Qədirov Yevlax rayon Aran Qəsəbə Uşaq Musiqi Məktəbinə, Xətayə Zülfüqar qızı Cəfərova isə Ağdam şəhər Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinə direktor təyin ediliblər.

Yeni təyin olunan direktorların qarşısında musiqi təhsilinin daha da inkişafı, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr qoyulub.

Xatırladaq ki, bir neçə gün öncə Bakı şəhəri Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatları həyata keçirilib.

скачать dle 12.1
Xəbər lenti